Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Elm & Texnologiya
02.09.2024
Farid Pardashunas
Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.
Tibet-dəki nəhəng buz təbəqəsindən çıxarılan bu 300 metrlik buz nüvəsilə bağlı tədqiqatçılar, bunun "Yerin 41.000 il ərzində istiləşdiyi və soyuduğu dövrə aid saf şəkilləri" olduğunu söyləyiblər. Tədqiqata rəhbərlik edən OSU tədqiqat köməkçisi ZhiPing Zhong, "Bu araşdırmadan əvvəl virusların Yer kürəsinin iqlimindəki genişmiqyaslı dəyişikliklərlə necə əlaqədə olduğu böyük ölçüdə araşdırılmamışdı. Buzlaq buzları çox qiymətlidir və bizdə virus və mikrob tədqiqatları üçün tez-tez lazım olan böyük miqdarda material yoxdur" deyə söyləyib.
Əvvəllər tədqiqatlar zamanı buzlaqlarda qədim viruslar tapılmışdı, lakin son araşdırma, aşkar edilən virusların sayını 50 dəfə artırıb. Alimlərin verdiyi açıqlamaya görə, aşkar edilən təxminən 1700 virusun dörddə üçü yeni, əvvəllər məlum olmayan növlərə aiddir. Guliya nümunəsində tapılan viruslardan ən önə çıxanı "viral icması", alimlərin təsvir etdiyinə görə, təxminən 11500 il əvvələ aiddir. Elm adamları tərəfindən edilən açıqlamada o dövrün Yer kürəsinin iqliminin Son Buzlaq Fazasından bu gün yaşadığımız daha isti Holosen dövrünün başlanğıcına keçdiyi bir dövr olduğu bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Yaponiyada yerləşən enerji startapı Helical Fusion, dünyanın ilk davamlı olaraq çalışan nüvə sintezi reaktorunu 2034-cü ildə işə salmağı hədəfləyir.
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib. Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələrin ömür boyu qalmasını təmin edən 2 mühüm molekulun qarşılıqlı təsirini kəşf ediblər.
Yaponiya, ZetaFLOPS miqyaslı superkompüter hazırlayır!
Yaponiya, ZetaFLOPS miqyaslı superkompüter hazırlayır!
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) ZetaFLOPS miqyaslı superkompüter hazırlamağa başlayacağını açıqlayıb. Bu superkompüter, süni intellekt üçün istifadə olunacaq.
Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək!
Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək!
Çin və İspaniyadan olan tədqiqatçılar, AINU (Hüceyrə nüvəsi süni intellekti) adlı yeni süni intellekt vasitəsinin köməyi ilə xərçəng hüceyrələrini və virus infeksiyalarını nanomiqyasda aşkar etməyin mümkün olduğunu bildiriblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!