
Alimlər cavan superkütləli qara dəlikləri aşkar ediblər
Elm & Texnologiya
27.03.2025
Emil
1 il əvvəl James Webb kosmik teleskopu erkən kainatda “kiçik qırmızı nöqtələr” (Little Red Dots, LRD) adlandırılan yeni obyektlər aşkar etdi. Onlar teleskopun sensorlarında həqiqətən də son dərəcə yüksək qırmızıya sürüşmə ilə görünən nöqtələr kimi qeydə alınmışdı. O vaxtdan bəri alimlər bu obyektlərin təbiəti ilə bağlı bir sıra fərziyyələr irəli sürüblər və bu da onların mənşəyini izah etməyə imkan verir. Yeni araşdırma isə erkən kainatın bu sirrinə daha çox aydınlıq gətirir. İlk və böyük ölçüdə doğru sayılan ehtimallardan biri bu idi ki, “kiçik qırmızı nöqtələr” əslində qalaktikaların aktiv nüvələridir (kvazarlar). LRD-lərin xüsusiyyəti isə ondan ibarət idi ki, kvazarlardan fərqli olaraq, onlar radio diapazonunda və rentgen spektrində çox zəif şüalanma verirdilər.
Uzaq qalaktikalarda yerləşən superkütləli qara dəliklər isə belə davranmır - onlar rentgen diapazonunda adətən güclü şəkildə parlayırlar. Alimlərin bu obyektlər haqqında tez bir zamanda müəyyən etdikləri faktlardan biri də onların spektrlərinin Doppler effekti səbəbindən güclü şəkildə genişlənmiş olmasıdır. Bu isə o deməkdir ki, işıq saçan qaz mərkəzi bölgə ətrafında çox yüksək - saniyədə 1000 kilometrdən artıq - sürətlə fırlanır. “Kiçik qırmızı nöqtələri” daha dərindən öyrənmək üçün alimlər James Webb teleskopunun cihazlarından istifadə etdilər və bu cür 12 obyekt üçün yüksək dəqiqlikli spektrlər topladılar. Daha sonra əldə olunan məlumatlar superkütləli qara dəlik modelləri ilə müqayisə edildi. Analiz göstərdi ki, bütün bu proseslər gənc qalaktik bulud daxilində baş verə bilər.

Qalaktika daxilində qara dəliyi əhatə edən akkresiya diski çox yüksək sürətlə fırlanmalıdır. Eyni zamanda, qalaktik bulud güclü şəkildə ionlaşmış olmalıdır. Belə olduqda, qalaktikanı əhatə edən sıx sərbəst elektron buludu həqiqətən də rentgen və radio şüalanmasının böyük hissəsini udardı. Digər tərəfdən, LRD-lərin infraqırmızı diapazonda müşahidə olunan parlaqlığa çatması üçün qara dəliyin şüalanma gücü maksimum səviyyədə olmalıdır. Müşahidələr göstərir ki, bu güc Eddinqton həddinə yaxındır - bu həddi keçdikdən sonra qara dəlik öz "işığı" ilə ətrafındakı maddəni, o cümlədən rentgen və radio şüalanmasını gizlədən ionlaşmış qazı və qalaktikanın digər hissələrini sadəcə olaraq dağıdardı.
Bütün bunlar onu göstərir ki, “kiçik qırmızı nöqtələr” çox gənc, sürətlə böyüyən və yetkinliyə çatan superkütləli qara dəliklərdir. Bu, onların kütləsi ilə bağlı aparılan qiymətləndirmələrlə də təsdiqlənir - bu kütlə Günəşin 10 000-dən 1 000 000-dək kütləsi qədərdir ki, bu da tipik superkütləli qara dəliklərdən xeyli azdır. Bu model həm də izah edir ki, niyə biz daha yaxın məsafələrdə, yəni daha az qırmızıya sürüşməyə malik LRD-ləri müşahidə etmirik. Sürətli təkamül prosesi zamanı, maksimum gücdə işlədikcə, bu qara dəliklər ətraflarındakı ionlaşmış qaz buludunu tez bir zamanda dağıdır və nəticədə kainatda kifayət qədər mövcud olan və alimlərin artıq yaxşı tanıdığı tipik kvazarlara çevrilirlər.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
Florida Atlantik Universitetinin alimləri 30 il ərzində toplanmış 43 milyon okean axını ölçümünü təhlil edərək, bərpa olunan enerji istehsalı üçün ən yüksək potensiala malik bölgələri müəyyən ediblər.

Elm & Texnologiya
James Webb teleskopu "kosmik tornado"nun fotosunu çəkib
James Webb kosmik teleskopu yenidən öz qabaqcıl alətinin möhtəşəm imkanlarını nümayiş etdirib. Onun köməyi ilə ulduzların formalaşdığı yeni bir bölgənin ən detallı görüntüsü əldə olunub - bu görüntü yeni doğulmuş ulduzların radiasiyası təsiri altında olan toz və qaz buludlarının dinamik hərəkətini əks etdirir.

Elm & Texnologiya
Alimlər ilk insanların nə zaman nitqdən istifadə etdiklərini təyin ediblər
Alimlər qədim insanlara aid genetik məlumatları öyrənərək belə nəticəyə gəliblər ki, nitq ən azı 135 min il əvvəl yaranıb. Məhz o dövrdə insanlar ilk dəfə fərqli genetik qruplara bölünüblər. Əgər nitq bu bölünmədən sonra yaranmış olsaydı, bəzi qruplar nitqə qadir olmazdılar.

Elm & Texnologiya
Yer kürəsinin əhalisi düşünüldüyündən bir neçə milyard daha çox ola bilər
BMT-nin məlumatına görə, dünya əhalisi 8.2 milyard nəfər təşkil edir və bu rəqəm 2080-ci illərin ortalarında 10.3 milyard nəfərlə zirvəyə çatacaq. Lakin bu yalnız təxmini qiymətləndirmədir, çünki dünyadakı bütün insanları dəqiq saymaq mümkün deyil.

Elm & Texnologiya
Yeni teleskop Proksima Sentavr-da həyatın olub-olmadığını 10 saata təyin edə biləcək
Çilinin şimalında inşa edilən son dərəcə böyük teleskop, istənilən digər teleskopla müqayisədə 10 qat daha çox işıq toplaya biləcək və Hubble kosmik teleskopundan 16 dəfə daha dəqiq görüntülər əldə edəcək.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
