
Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
Elm & Texnologiya
23.12.2024
Aslan
Bristol Universitetinin araşdırmasına görə, bəşəriyyət və digər növlər üçün sonun başlanğıcı yaxınlaşır. Qlobal istiləşmə isə bu prosesi daha da sürətləndirə bilər.
Əvvəlcə bir qədər super qitələrdən bəhs edək. Araşdırmalar onu göstərir ki, Yer kürəsinin tektonik plitələri təxminən hər 400-600 milyon ildən bir super qitə əmələ gətirir və bu hadisə böyük təbii fəlakətlərə səbəb ola bilər. Yeni super qitənin yaranmasının atmosferdə karbon dioksid səviyyəsinin artması, daha isti Günəş və qitə təsirləri kimi amillərlə birlikdə Yer kürəsini yaşamaq üçün yararsız hala gətirəcəyi qeyd olunur.

Araşdırmaya rəhbərlik edən Dr. Alexander Farnsworth bu super qitənin həddindən artıq temperatur və rütubət səviyyələrinə səbəb olacağını və belə şərtlər altında məməlilərin həyatda qalmasının mümkün olmayacağını bildirib. Bəzi insanlara bu real görünməsə də, insan bədəninin həddindən artıq istiliklərə qarşı tərləmə ilə uyğunlaşa bilməməsi bu yox oluşun əsas səbəblərindən biri olacaq.
Digər bir səbəb isə qlobal istiləşmədir. Qlobal istiləşmə bu prosesin daha da sürətlənməsinə səbəb ola bilər. Araşdırmada göstərilir ki, fosil yanacaqların istifadəsi dərhal azaldılmalıdır. Tədqiqatın digər müəllifi Dr. Eunice Lo deyib: “Bu gün yaşanan həddindən artıq istilər insan sağlamlığı üçün artıq zərərlidir. Sıfır karbon emissiyası hədəflərinə tez bir zamanda çatmalıyıq”.

Nəticədə, qeyri-adi bir hadisə və ya fəlakətlə qarşılaşmasaq, alimlərin proqnozlarına görə, Yer kürəsinin sonu 250 milyon ildən sonra baş verəcək. Alimlər bu gün atılacaq addımların təkcə bugünkü böhranı deyil, uzunmüddətli fəlakətləri də qarşısını almaqda kritik rol oynadığını vurğulayırlar. Tədqiqatçılar qlobal istiləşməni dayandırmaq üçün fosil yanacaq istehlakının azaldılmasını və dayanıqlı enerji mənbələrinə yönəlməyi tövsiyə edirlər. Bütün bunlar bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət daşıyır.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
