
Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
Elm & Texnologiya
30.01.2025
Emil
İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib. Technote.az Popsci saytına istinadən xəbər verir ki, alimlər ilk dəfə olaraq mikroplastik hissəciklərin qan damarları boyunca hərəkətlərini vizual şəkildə izləyiblər. Mövcud tədqiqatlar sübut edir ki, sintetik mikroskopik hissəciklər insan sağlamlığı üçün zərərlidir, lakin tibbi ictimaiyyət hələ də plastik materialların heyvanlar, insanlar və ekosistemlərə necə təsir etdiklərini tam başa düşmür.

Yeni bir tədqiqatda Pekin Universitetinin alimləri mikroplastik hissəciklərin siçanların beyin qan damarları boyunca hərəkətini vizual olaraq izləməyi bacarıblar. Tədqiqatın nəticələri göstərir ki, mikroplastik hissəciklərin beyində toplanması mikroskopik "avtomobil qəzası"na bənzəyir. Tədqiqat zamanı alimlər iki-fotonlu mikroskopiya kimi də bilinən flüoresan vizuallaşdırma metodundan istifadə ediblər. Bu üsul onlara həzm olunmuş mikroplastik hissəciklərini real zaman ərzində daha dəqiq müşahidə etməyə imkan verib. Tədqiqatçılar laboratoriya siçanlarının kəllə sümüklərində kiçik şəffaf pəncərə yaradıblar və onlara kiçik ölçülü flüoresan polistirol sferalarına sahib su veriblər.

Əvvəlki tədqiqatlar insan qanında hər millilitrə təxminən 12 nanoqram mikroplastik hissəciyin olduğunu göstərdiyi üçün, tədqiqatçılar siçanlara uyğun miqdarda polistirol veriblər. Polistirol oyuncaqlar, qablaşdırma və məişət texnikasında geniş istifadə olunan plastik növüdür. Təxminən 3 saat sonra beyin qan damarlarında parlaq hüceyrələr görünməyə başlayıb. Tədqiqatçılar bunun immun sisteminin neyrofillər və faqositlər kimi hüceyrələrinin birləşməsi olduğunu müəyyən ediblər. Bu hüceyrələr zərərli yad obyektlərin məhv edilməsindən cavabdehdirlər.
Bəzi plastik nanohissəciklərinin beyin qabığının ətrafındakı kiçik qan damarlarının əyrilərində ilişib qaldığı güman edilir. Nəticədə, bu yığıntılar tromblara bənzəyərək, bir neçə gün və ya həftə ərzində beynə qan axınını azaldıb. Bu hüceyrə yığıntılarının bəziləri zamanla yoxa çıxdığı halda, digərləri dörd həftə sonra da müşahidə olunub. Tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, hələlik bu mexanizmi birbaşa insanlara tətbiq etmək tezdir. İnsanlar və siçanlar fərqli immun, laxtalanma və ürək-damar sistemlərinə malikdirlər, buna görə də mikroplastik hissəciklərin insan beyninə necə nüfuz etdiyini və ona necə təsir etdiyini anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır.

Elm & Texnologiya
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.

Elm & Texnologiya
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Son zamanlarda mikroplastik tullantılar barəsində olduqca tez-tez xəbərlər ortaya çıxır. Bunun isə ciddi və qorxuducu səbəbi var.

Elm & Texnologiya
1 ay ərzində özü-özünə parçalana bilən yeni plastik material hazırlanıb
170 il bundan öncə insanlar ilk plastik materialı hazırladıqları zamandan bəri bu material Yer kürəsinin ən ciddi problemlərindən birinə çevrilib.

Elm & Texnologiya
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
