Logo
    main-post-cover

    Alimlər kainatın uzaq keçmişinə nəzər yetiriblər

    Elm & Texnologiya
    09.07.2025
    Emil
         ALMA radioteleskopunun Hubble ilə James Webb kosmik teleskoplarının köməyi ilə alimlər erkən kainata nəzər sala biliblər və bizim Süd Yolu qalaktikamıza bənzər spiral qalaktikaların necə meydana gəldiklərinə dair aşkar ediblər. Astronomlar kainatın cəmi 1 milyard yaşı olduğu dövrə baxış əldə edə biliblər. Bu, onun indiki yaşının təxminən 7%-ni təşkil edir. Bu müşahidələr ALMA radioteleskopu və orbitdə yerləşən James Webb və Hubble teleskoplarının məlumatları sayəsində mümkün olub. Komanda CRISTAL layihəsi çərçivəsində 39 uzaq qalaktikanı tədqiq edərək ilk ulduz disklərinin necə formalaşdıqlarını və xaotik qaz buludlarının necə nizamlı strukturlara - məsələn, Süd Yolu qalaktikasına bənzər sistemlərə - çevrildiyini anlamağa çalışıb. Alimlər sanki ALMA teleskopundan zaman maşını kimi istifadə edərək ilk qalaktikaların necə göründüklərini və necə təkamül etdiklərini müşahidə edə biliblər.
    CRISTAL müşahidə proqramı çərçivəsində çəkilmiş qalaktikaların ailə portreti. Qırmızı rəng ALMA müşahidələri nəticəsində aşkar edilmiş soyuq qazı göstərir. Mavi və yaşıl rənglər isə Hubble və James Webb kosmik teleskopları tərəfindən qeydə alınmış ulduz işığını təmsil edir:
         ALMA, yeni ulduzların formalaşmasında əsas rol oynayan ulduzlararası qazın paylanmasını əks etdirən ətraflı xəritələr qurmağa imkan verib. Alimlər müəyyən ediblər ki, ilk ulduzlar minlərlə işıq ili ölçüsündə nəhəng qalaktika topalarında yaranıb. Bundan əlavə, bu qalaktikalardakı soyuq qazın yayılması gənc ulduzlara nisbətən xeyli uzaqlara qədər gedib çıxır. Bu isə o deməkdir ki, həmin qaz ya yeni ulduzların yaranmasını təmin edə bilər, ya da ulduz küləklərinin təsiri ilə qalaktikadan çıxarıla bilər. Bu uzaq qalaktikalardan bəziləri artıq müasir spiral qalaktikalara xas olan diskşəkilli formaya sahib olmağa başlayıb. Tədqiqatçılar əmindirlər ki, məhz bu cür strukturlar sonradan Süd Yolu kimi qalaktikaların əcdadı olublar. Bu, astronomların spiral qalaktikaların ilkin formalaşma mərhələlərini bu qədər uzaq keçmişdə ilk dəfə müşahidə etməsi ilə əlamətdardır. Layihədəki obyektlər arasında xüsusilə CRISTAL-13 CRISTAL-10 fərqlənib.
    CRISTAL-13 teleskopunun bədii illüstrasiyası. Tozlu bölgələr yeni doğulmuş ulduzları gizlədir, onların enerjisi isə yenidən millimetr dalğa uzunluqlarında yayılır və ALMA radioteleskopu tərəfindən qeydə alınır:
         CRISTAL-13 qalaktikası sıx toz buludlarının arxasında gizlənib, bu buludlar yeni doğulmuş ulduzlardan gələn görünən işığı tamamilə bloklayır. Lakin millimetr dalğa uzunluğunda aparılmış müşahidələr sayəsində alimlər bu tozun içindən baxaraq gizli strukturları aşkarlaya biliblər. CRISTAL-10 qalaktikası isə daha da sirli çıxıb: infraqırmızı diapazonda yüksək parlaqlığa baxmayaraq, oradakı ionlaşmış karbonun şüalanması anormal dərəcədə zəif olub. Bu, ulduzlararası mühitdə son dərəcə qeyri-adi fiziki şəraitin mövcudluğuna işarə edə bilər. Parlaqlıq və spektrin bu cür nisbəti qalaktikada, Böyük partlayışdan cəmi 1 milyard il sonra baş vermiş ekstremal prosesləri göstərir. Tədqiqat qalaktikaların təkamülünün ilkin mərhələsi - xaotik qaz buludlarından nizamlı disk strukturlarına keçid barədə ilk ətraflı təsəvvürü verir. Bu məlumatlar bizimki kimi qalaktikaların necə yarandığını və kainatın irimiqyaslı strukturunun necə formalaşdığını anlamağa kömək edəcək. Növbəti mərhələ daha da uzaq obyektlərin müşahidəsidir.
    Paylaş