main-post-cover

    Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!

    Elm & Texnologiya
    30.09.2024
    Farid Pardashunas

         Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər.

         Kanadanın Waterloo Universitetinin tədqiqat qrupu, kvant məlumatının struktur blokları olan qubitləri idarə etmək üçün istifadə olunan lazer işığına nəzarət etməyin bir yolunu tapıb. Bu böyük irəliləyiş, kubitlərin sıfırlanması, ölçülməsi və ya silinməsi zamanı onların təhlükəsizliyini təmin etməklə kvant elmindəki ən çətin problemlərdən birini həll edir. Əlavə olaraq, tədqiqatçılar yaxınlıqdakı ion kubitlərinə toxunmadan bir ion kubitini ölçməyi və sıfırlamağı bacarıblar. Kubitləri qorumaq kvant elmi sahəsində böyük bir maneə hesab edilir. Tək bir kubitdə edilən kiçik bir dəyişiklik qonşu kubitlərə təsir edərək məlumat itkisiylə nəticələnə bilər.
         Bu kvant bitlərini qorumağın mövcud yollarının da mənfi cəhətləri var. Belə ki, bunlar tez-tez yeni səhvlər əlavə edə biləcək və səmərəliliyi azalda biləcək əlavə resurslara və ya addımlara ehtiyac duyur. Waterloo Universitetinin tədqiqatçıları bu problemi həll etməyin yolunu tapıblar. Onlar lazer işığını işləyərkən digər kubitlərlə qarışmaması üçün idarə etmək məqsədilə 2 texnologiyanı bir araya gətiriblər: ion tələsi kubitləri və şüanın holografik formalaşdırılması. Bu üsul lazer işığının hədəfə dəqiq fokuslanmasına və digər kubitlərə yayılmasının qarşısını alaraq onların təhlükəsizliyini təmin edir. Komandanın təcrübəsi böyük bir uğur hesab olunur. Tədqiqatçılar dağınıq fotonları uğurla idarə edərək məhdudlaşdıra biliblər və qonşu kubitlərin hər hansı bir pozulma və ya zərərdən qorunmasını təmin ediblər. Əvvəllər, ətrafdakı kubitlərə təsir etmədən tək bir kubiti ölçməyin demək olar ki, mümkünsüz olduğuna inanılırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
    alimler-fikrince-marsin-itirilmis-atmosferi-eslinde-gozlerimizin-onunde-gizlenmis-ola-biler
    İnsan beyni neçə GB yaddaşa malikdir?
    insan-beyni-nece-gb-yaddasa-malikdir
    Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
    alimlerin-aciqlamasina-gore-kosmos-insan-ureyinin-suretle-yaslanmasina-sebeb-olur
    Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
    yaxin-gelecekde-insanlar-ozlerini-qrip-qarsi-iynesiz-sekilde-peyvend-ede-bilecekler
    Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
    melumatlar-5d-yaddas-kristallari-ile-ebedi-olaraq-saxlanila-bilecek