
Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər
Elm & Texnologiya
07.02.2025
Emil
Məlumdur ki, bəzi neyronlar yalnız insanın yediyi qidanı qavramaqla məhdudlaşır - yəni qida ağız, mədə və ya bağırsağa daxil olduqda aktivləşirlər. Lakin Kolumbiya Universitetinin alimləri beyin kötüyündə xüsusi neyronlar aşkar ediblər. Aşkar edilmiş neyronlar yeməyin nə zaman dayandırılacağına qərar verməyə kömək edir. Science Daily-nin məlumatına görə, bu neyronlar toxluğun tənzimlənməsində iştirak edən digər sinir hüceyrələrinə bənzəmir.
Tədqiqatın həmmüəllifi Alexander Nectow bildirib ki, bu neyronlar qidalanma prosesinin müxtəlif hissələrini birləşdirərək ümumi bir mexanizm formalaşdırır. Nəticələr siçanlar üzərində aparılmış təcrübələrə əsaslanır. Xüsusi vizuallaşdırma texnikalarından istifadə edən alimlər müəyyən ediblər ki, bu yeni neyronların aktivliyi qida qəbulunun azalmasına səbəb olur. Bundan əlavə, neyronların aktivasiya intensivliyi insanın yeməyi nə qədər tez dayandıracağını müəyyən edir.

Lakin bu neyronlar sadəcə olaraq “yeməyi dayandır” siqnalı göndərmir, əksinə bədənin qida qəbulunu tədricən azaltmasına kömək edir. "Əslində, bu neyronlar qidanın qoxusunu hiss edə, onu görə, ağızda və bağırsaqda qavramaqla yanaşı, həzm sistemində yeməyə cavab olaraq ifraz olunan hormonları da analiz edə bilir" - deyə Alexander Nectow izah edib. Bu neyronlar bütün bu məlumatları birləşdirərək bədənin nə zaman kifayət qədər qida qəbul etdiyinə qərar verməsinə kömək edir. Bu kəşf artıq çəki ilə mübarizə strategiyalarını dəyişə bilər. Neyronların geniş təsir dairəsini nəzərə alsaq, yeni müalicə üsulları daha effektiv ola bilər.
Mənbə: Sciencedaily
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
