Alimlər qocalan beyin hüceyrələrinin bərpası üsulunu tapıblar
Elm & Texnologiya
19.08.2024
Emil Nəcəfov
İnsanlar yüzilliklər ərzində sonsuz həyatın sirrinin və ya ən azından qocalma prosesini ləngidəcək üsulun axtarışındadırlar. Görünür, alimlər ölümə qalib gəlməyə bir addım da yaxınlaşmış olublar. Belə ki, ABŞ hökuməti qocalan beyinə yeni hüceyrələrin implantasiyası ilə bağlı maraqlı bir tədqiqatı maliyyələşdirməyə başlayıb. Bu tədqiqat çərçivəsində qocalmış beyin hüceyrələrinin laboratoriya şəraitində ərsəyə gətirilmiş yeni hüceyrələr ilə əvəz edilməsi nəzərdə tutulub. Genetika üzrə mütəxəssis Jean Hebert ölümə qalib gəlməyə imkan verəcək tibbi cərrahiyyə üsulunun hazırlanması üçün ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən 110 milyon dollar həcmində qrant əldə edib.
Qeyd edilmiş proses özündə zədələnmiş və ya qocalma prosesində olan beyin hüceyrələrinin laboratoriya şəraitində yetişdirilmiş insan embrionlarının toxumaları ilə əvəz edilməsini birləşdirir. Güman olunur ki, zədələnmiş və ya qocalma prosesində olan beyin toxumasını bu üsul çərçivəsində laboratoriya şəraitində ərsəyə gətirilmiş neyron kök hüceyrələrinin köməyi ilə bərpa etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, kök hüceyrələr insan bədəninin istənilən hissəsinin hüceyrələrinə transformasiya ola bilirlər. Bu hüceyrələr həmçinin mayalanmış yumurtanın böyüyərək daha qəliz orqanizmə çevrildiyi zaman insan embrionlarında da çoxlu miqdarda olurlar. Təklif edilmiş yeni tibbi üsulun əsasında da məhz bu hüceyrələr dayanır.
Lakin heç də hamı bu layihəni dəstəkləməyib. Jean Hebert-in sözlərinə əsasən beyin toxumasının əvəz edilməsi prosesi hələ keçən il siçanlar üzərində aparılmış testlər çərçivəsində ilk müsbət nəticələri sərgiləmişdi. Siçanlar üzərində aparılmış testlər çərçivəsində əldə edilmiş müsbət nəricələr sayəsində ABŞ hökuməti növbəti testlərin primatlar üzərində aparılmasına icazə verib. Qeyd etmək lazımdır ki, beyin zədələnməsinə məruz qalmış laboratoriya siçanları bu prosesdən keçən zaman alimlər onların qocalma prosesində olmuş beyinlərinə yeni kök hüceyrələrini implantasiya ediblər. Daha sonra aparılmış müşahidələr zamanı məlum olub ki, siçanların əldə etmiş olduqları yeni beyin hüceyrələri aktivləşiblər və siçanların beyinləri ilə qarşılıqlı əlaqədə olmağa başlayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dinozavrları məhv edən nəhəng asteroidin haradan gəldiyi məlum olub!
Dinozavrları məhv edən nəhəng asteroidin haradan gəldiyi məlum olub!
Milyonlarla il əvvəl Yer kürəsi, təxminən 10 kilometr enindəki bir asteroidlə toqquşaraq dinozavrların yox olmasına səbəb olub. İndi isə dinozavrların məhvinə gətirib, çıxaran bu asteroidin haradan gəldiyi məlum olub.
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da 270 kiloluq nəhəng mamont dişi tapılıb!
ABŞ-da həvəskar kolleksiyaçı Eddie Templeton, Missisipi bölgəsində 270 kiloqram ağırlığında və Kolumb mamontlarına aid olduğu iddia edilən yaxşı qorunmuş nəhəng mamont dişi tapıb.
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, ilk dəfə olaraq kosmosda "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib!
NASA, Beynəlxalq Kosmik Stansiyada ilk dəfə olaraq "ultra soyuq" kvant sensoru təcrübəsini həyata keçirib. Bu, gələcək kosmik missiyalarda kvant texnologiyalarından istifadə etmək üçün qapı açır.
Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Tədqiqatçılar, dil fotoşəkillərini maşın öyrənmə üsulu ilə təhlil edərək bəzi xəstəliklərə çox yüksək dəqiqliklə diaqnoz qoymağı bacarıblar.
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
Tədqiqatçılar tərəfindən hazırlanmış yeni biomaterial, oynaqlarda zədələnmiş qığırdaqları müalicə edə bilər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!