Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Elm & Texnologiya
21.10.2024
Farid Pardashunas
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Yayımlanan bir tədqiqata görə, hər il stratosferə 5 milyon ton almaz tozunun inyeksiya edilməsi planetin temperaturunu 1.6°C azaldıla bilər. Planetin temperaturunu 1.6 dərəcə soyutmaq qlobal istiləşmənin ən pis nəticələrinin qarşısını almaq üçün kifayət edər. Lakin mütəxəssislər bu layihənin təxminən 200 trilyon dollarlıq dəyərinin ənənəvi kükürd hissəciklərinə əsaslanan metodlardan çox daha baha başa gələcəyini qeyd edirlər.
Bu tədqiqat, stratosferik aerozol inyeksiya adlanan bir geomühəndislik texnikasına yönəlir. Bu yanaşma vulkanizmin təbii prosesinə əsaslanır. Tarix boyu vulkan püskürmələri stratosferə milyonlarla ton kükürd dioksid buraxaraq Günəş işığını geri əks etdirən sulfat aerozollarının yaranmasına səbəb olub. Məsələn, 1991-ci ildəki Mount Pinatubo püskürməsi planetin temperaturunu bir neçə il ərzində 0.5°C qədər azaltmışdı. Lakin süni kükürd inyeksiya etmənin də bir çox iqlim riski daşıdığı vurğulanır. Sulfat aerozolları turşu yağışlarının əsas tərkib hissələrindən biri olan kükürd turşusu damcılarını ehtiva edir və ozon qatını incəldə bilər. Həmçinin stratosferin qızmasına səbəb olaraq atmosferin aşağı qatlarındakı iqlim və hava şərtlərini poza bilər. Yəni planeti soyudarkən geri dönməz digər zərərlərə də yol aça bilər.
Tədqiqatın əsas müəllifi Sandro Vattioni və komandası daha az riskli alternativ hissəcikləri araşdırmaq üçün 3D iqlim modeli hazırlayıblar. Bu model, aerozol kimyasını, atmosferdə necə hərəkət etdiklərini və istiliyi necə qəbul edib, əks etdirdiyini təhlil edir. Tədqiqatda kükürd dioksid, almaz, alüminium və kalsit kimi 7 birləşmənin təsirləri araşdırılıb. Alimlər hər bir hissəciyin təsirlərini 45 il boyunca modelləşdirərək, real zaman rejimində hər sınağın bir superkompüterdə 1 həftədən çox davam etdiyini modeldə qiymətləndiriblər. Təhlillərin nəticəsində almaz hissəcikləri həm istiliyi ən yaxşı şəkildə əks etdirmə qabiliyyətinə, həm də atmosferdə uzun müddət qala bilmə xüsusiyyətlərinə görə, digər hissəciklərdən üstün olub.
Bununla belə, almaz tozunun istifadəsi də bəzi çətinliklərlə üzləşir. Mütəxəssislər almaz tozunun tonunun təxminən 500.000 dollara başa gələcəyini və bu halda inyeksiya prosesinin 2035-ci ildən 2100-cü ilə qədər istifadə edilməsi halında ümumilikdə 175 trilyon dollara başa gələcəyini proqnozlaşdırırlar. Həmçinin, almaz kimi bərk hissəciklərin stratosferə yayılması, kükürd dioksid kimi qazların sürətlə və böyük miqdarda buraxılmasına nisbətən daha mürəkkəb və vaxt aparan bir prosesdir. Bəzi alimlər geomühəndislik tədqiqatlarının potensial mənfi təsirləri səbəbindən bu sahədə işlərin aparılmasına qarşı çıxırlar. Lakin Vattioni, bu cür tədqiqatların edilməməsinin iqlim böhranının ciddiliyinin gözardı edilməsi mənasına gələcəyini müdafiə edir. Mütəxəssislər bu sahədə aparılacaq tədqiqatların iqlim dəyişikliyi ilə mübarizədəki rolunun əhəmiyyətinə diqqət çəkirlər.
Digər tərəfdən, geomühəndislik planetin atmosferi ilə müəyyən mənada bir təcrübə aparmağı təklif edir. Hələ də bəşəriyyət olaraq Yer atmosferi və iqliminin necə işlədiyini tam başa düşmürük və proqnozlaşdıra bilmirik. Atmosferə qazlar və ya almaz tozu buraxmağın nə qədər təsirli olacağı və uzunmüddətli nəticələrinin nə olacağı məlum deyil və bu böyük bir riskdir. İnsanlıq, dekarbonizasiyanın tamamlayıcısı əvəzinə aerozol inyeksiya etməyə güvənərsə, bu geri dönüşü olmayan bir prosesə çevrilə bilər.
Linki kopyala
qlobal istileshme
elmi xeber
elmi araşdırma
Scientific news
science
science news
elmi xeberler
qlobal istilesme
global warming
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
Tədqiqatçılar dəri ilə şarj olan batareyasız cihazlar hazırlayıblar!
Hazırda sürətli şarj texnologiyalarının olmasına baxmayaraq, "şarj narahatlığı" hələ də geniş əhali tərəfindən hiss edilən bir problemdir. Tədqiqatçılar isə "Power-over-Skin" texnologiyası ilə buna bir həll yolu tapıblar.
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Sadəcə gözünüzə baxaraq xəstəlikləri müəyyən edə bilən cihaz hazırlanıb!
Gözlər nə qədər qəlbin aynası olsa da, bir çox xəstəliklərlə bağlı ipucları da verə bilir: Bununla yanaşı, Indiana Universitetində çalışan alimlər, tibb sahəsində inqilabi bir dövrə qədəm qoymağımıza səbəb ola biləcək bir cihaz hazırlayıblar.
Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
Dəniz dibinin altında inkişaf etmiş canlıların olduğu həyat kəşf edilib! (VİDEO)
Okean dibinin altındakı gizli mağaralarda, əvvəllər görünməmiş bir həyat kəşf edilib.
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)
Tibb dünyası texnologiyanın sərhədlərini aşan yeni bir inkişafın şahidi olub. İsveçrəli cərrahlar qrupu 9300 kilometr uzaqdan PlayStation Move və DualSense pultları ilə bir donuza endoskopik cərrahiyyə əməliyyat etməyi bacarıb.
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
Tədqiqatçılar güman edirlər ki, insanların bütün səylərinə baxmayaraq planetin qlobal istiləşməsini məhdudlaşdırmaq mümkün olmayacaq və o, 1.5 dərəcə Selsi temperatur sərhədini keçəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!