Almazlarla bəzənmiş iPhone X
Elm & Texnologiya
19.10.2017
Orxan Jafarli
Finlandiya mərkəzli
Legend, xüsusiləşdirilmiş dəbdəbəli 256
GB iPhone X modeliylə gözə xitab edərkən eyni zamanda qiymətiylə də insanın
ağlını başından alır. Hər biri ayrı dəbdəbəli detallara sahib Aurum, Fusion,
Momentum və Lu versiyalarının detalları.Alternativlərini görə ən ucuz versiyon olan Aurum, 24 karat
qızıl örtüklü arxa panelə və sədəf qaxmalı logo ilə 18 karat qızıl çərçivəyə
sahibdir. Bu versiyanın qiyməti isə 2 min 950 avro təşkil edir.
Fusion versiyası isə qara rodium və ya platin örtməyə sahib
naxışlı gümüş plitələrlə çərçivələnmiş karbon fiber mozaika ilə təqdim edilir.
Alternativ olaraq orta xəttli ekzotik dəri və ya ağac seçə bilərsiniz. Məhsulun
qiyməti 3,390 avro-dur.Momentum versiyasına gəlsək, arxa panelin tam ortasında 0.3
karat gerçək qırmızı almaz yerləşdirilib. Əlavə olaraq, VVS1 dərəcəli almazın ətrafına
müxtəlif işıltılı materiallardan istifadə edilərək daha göz alıcı olması təmin
edilib. Qiymət isə 3,790 avro-dur.
Nəhayət, Lu versiyasında Apple loqosu və çərçivəsi 10.70
karatlıq VVS1 dərəcəli almaz ilə bəzədilib. Bu model isə 3,590 avro-dur.Hər modelin dəbdəbəli qutusunun yanında 24 karat qızıl
EarPods, dəri örtük və orijinallıq sertifikatı ilə gəldiyini də ifadə edək. Məhsullarla
əlaqədar bütün detallara bu ünvandan əldə edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)