'Amazon'un CEO-su Jeff Bezos, özünün yeni raket istehsalı zavodunu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
21.07.2017
Farid Pardashunas
“Blue Origin” və “Amazon” şirkətlərinin CEO-su Jeff Bezos, Floridada yeni zavodunun inşası videosunu öz Instagram səhifəsində təqdim edib.
Bu zavod, bir çox istifadə üçün nəzərdə tutulmuş New Glenn orbital
raketinin istehsalı üçün nəzərdə tutulub. Son aylar Jeff Bezos, 82 metr
hündürlükdə olacaq New Glenn adlı ikipilləli orbital raketi haqqında planlarını
üzə çıxartmağa başlayıb. Bu raket, aşağı səviyyəli orbitə 45 ton, daha yüksək
orbitə isə 13 ton ağırlığında yük qaldırmaq qabiliyyətinə sahib olacaq. Mühəndislərin
planlarına əsasən sözügedən raket, çoxistifadəli olacaq. Raketin ölüçüsünün
böyük olması səbəbilə onu, Vaşinqton ştatında yerləşən zavodda istehsal etmək
qeyri mümkündür. Buna görə də “Blue Origin” şirkəti bu istehsalı iki zavod
arasında bölmək niyyətindədir. Belə ki, raketin mühərriki BE-4, Alabama
ştatındakı zavodda istehsal olunacaq, raketin yığılma prosesi isə Floridada
inşa edilən yeni zavodda aparılacaq. Həmin yeni zavodun inşası haqqında videonu
Bezos öz Instagram səhifəsində təqdim edib. İndiyənə kimi raket inşası, Bezos
üçün sadəcə olaraq hobbi xarakteri daşıyırdı və o bu sahəyə hər il 1 milyard
dollar investisiya yatırır. New Glenn raketinin ilk uçuşları 2019-cu ilin
sonunda və ya 2020-ci ildə baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ