Logo
    main-post-cover

    AMD qrafikalı Exynos prosessorları büdcəli Samsung smartfonlarında da istifadə ediləcək

        Samsung şirkəti Exynos prosessorlarına inteqrasiya edilən qrafika mövzusunda AMD şirkəti ilə əməkdaşlığını uzatdığını elan edib. Nəticədə yaxın gələcəkdə AMD-nin qrafik özəlliklərini Exynos-un təkcə flaqman modelləri deyil, həmçinin büdcəli modelləri də əldə edəcəklər. Samsung-un verdiyi məlumata əsasən inteqrasiya edilmiş AMD qrafikasına sahib Exynos prosessorları Galaxy A, Galaxy FGalaxy M smartfon seriyalarının modellərində istifadə ediləcək. Bununla yanaşı bu cür Exynos prosessorlarını həmçinin Galaxy Tab planşetləri də əldə edəcəklər.
        İki şirkət arasında uzadılmış əməkdaşlıq çərçivəsində Radeon GPU-ya sahib yeni Exynos prosessorlarının istifadəyə verilməsi gözlənilir. Güman edilir ki, bu cür Exynos prosessoru oyun konsollarındakı qrafika səviyyəsinə sahib olacaq. Üstəlik həmin prosessorun daha aşağı enerji sərfiyyatı ilə fərqlənəcəyi düşünülür. Qeyd etmək lazımdır ki, Samsung şirkəti AMD ilə əməkdaşlığını hələ 2021-ci ilin sonunda elan etmişdi. 2022-ci ilin əvvəlində isə Samsung Exynos 2200 prosessorunu təqdim etmişdi. Sözügedən prosessor AMD-nin RDNA2 arxitekturası əsasında hazırlanmış Xclipse 920 qrafikasına sahibdir.
    Paylaş
    Bənzər xəbərlər