AMD Radeon RX 7600 videokartı təqdim edilib - QİYMƏTİ

AMD Radeon RX 7600 videokartı təqdim edilib - QİYMƏTİ

Texnologiya
24.05.2023 PAYLAŞIM

    AMD şirkəti Radeon RX 7600 adlı yeni videokartını təqdim edib. Təqdim edilmiş bu yeni videokart Radeon RX 6600-ün davamçısıdır. Şirkətin verdiyi məlumata əsasən Radeon RX 6600 ilə müqayisədə Radeon RX 7600 25% daha sürətlidir. Söhbət, kompüter oyunlarında 1080p keyfiyyətində maksimal qrafik ayarlar üzrə performans göstəricilərindən gedir. Lakin bəzi oyunlarda Radeon RX 7600 modeli Radeon 6600-dən 50% daha sürətlə çalışa bilir. Radeon RX 7600 özündə 6 nanometrlik Navi 33 qrafik prosessorunu birləşdirir. Sözügedən qrafik prosessor 13.3 milyard tranzistordan ibarətdir. Yeni videokart həmçinin GDDR6 standartlı 8 GB VRAM ilə təchiz olunub və məlumatların saniyədə 288 GB sürətlə ötürülməsini təmin edir. Videokartın enerji sərfiyyatı isə 165 vatt təşkil edir. AMD Radeon RX 7600 yaxın günlərdə 270$ qiymətində satışa çıxacaq.




DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×