
Amerikalı astronavtların Aya geri dönüşləri 1 illik təxirə salınıb
Elm & Texnologiya
11.01.2024
Emil
NASA “Artemis 2” və “Artemis 3” Ay missiyalarını 1 illik təxirə salıb. Qeyd etmək lazımdır ki, “Artemis 2” missiyası çərçivəsində amerikalı astronavtların Ay ətrafı uçuşları reallaşdırılacaq. Bu missiyanın daha öncə bu ilin sonunda keçirilməsi planlaşdırılırdı. Lakin NASA “Artemis 2” missiyasını 2025-ci ilin sentyabr ayına kimi təxirə salıb. “Artemis 3” missiyası çərçivəsində isə astronavtlar artıq Ayın Cənub qütbünə ayaq basacaqlar. Daha öncə “Artemis 3” missiyasının məhz 2025-ci ildə reallaşdırılması planlaşdırılırdı.
Lakin NASA-nın yeni qrafikinə əsasən “Artemis 3” 2026-ın sentyabr ayı üçün planlaşdırılır. Ayın orbitində yerləşdirilməsi nəzərdə tutulan Gateway adlı kosmik stansiyaya astronavtların uçuşlarını nəzərdə tutan “Artemis 4” missiyası isə 2028-ci ildə baş tutmalıdır. NASA sözügedən Ay missiyalarının təxirə salınması səbəbi kimi missiyalarda iştirak edəcək astronavtların təhlükəsizliklərinin təmin olunmasını gətirib. Belə ki, bu missiyalarda iştirak edəcək Orion adlı kosmik gəminin təhlükəsizlik sistemlərinin testləri zamanı müəyyən problemlər ortaya çıxıb. Həmin problemlərin aradan qaldırılması üçün isə NASA mühəndislərinə əlavə vaxt lazım olacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
