main-post-cover

    Android 11 Developer Preview 3 təqdim olundu: Nə kimi yeniliklər var?

    Elm & Texnologiya
    24.04.2020
    Emil Nəcəfov
        Android 11-in təqdimatına bir neçə ay vaxt qalıb və Google şirkət yeni əməliyyat sistemi üzərində çalışmağa davam edir. Bu səbəbdən şirkət tərtibatçılar üçün nəzərdə tutulmuş Android 11 Developer Preview-nun üçüncü versiyasını təqdim etdi. Üçüncü versiya interfeys dəyişikliyi ilə yanaşı həmçinin istifadəçilər və tərtibatçılar üçün faydalı olan funskiyaları da əldə etdi. Bu barədə 9to5google saytı xəbər verib. Beləliklə Android 11 Developer Preview 3-də olan əsas yeniliklərdən biri də ekranı əhatə edən və fon rejimində ortaya çıxan bildirişlərin aradan qaldırılmasıdır. Bu yeni funksiya həm tətbiqləri həm də sistem bildirişlərini əhatə edir.
    Android 11
        Bir sıra dəyişiklikləri multitasking menyusu əldə edib. Bir neçə müddət bundan öncə işə salınmış tətbiqlər menyusunun aşağı hissəsində screenshot və paylaşmaq düymələri ortaya çıxıblar. Beləliklə edilmiş screenshot fotosunu dərhal lazımi tətbiq vasitəsilə göndərmək mümkün olacaq. Bununla belə edilmiş screenshotun kiçik versiyası smartfon ekranında redaktə alətləri ilə birlikdə əks olunacaq. Bu üsul ilə istifadəçi, edilmiş screenshota öncədən baxa və lazım bildiyi halda onda bəzi dəyişiklikləri reallaşdıra bilər.
        Bəzi dəyişikliklər ilk növbədə tərtibatçılar üçün məzərdə tutulub. Buna misal olaraq tətbiqlərin Wi-Fi vasitəsilə naqilsiz sazlanmalarını gətirmək olar. Həmçinin ADB Incemental xidməti kompüterdən smartfona ağır faylların göndərilmə prosesini daha da sürətləndirəcək. Yenilənmiş API öz növbəsində tətbiqlərdə baş verən nasazlıqlar barəsində daha çox məlumatı əks etdirir.
    Android 11
        Məsələn hansısa tətbiq ani olaraq işini dayandırarsa, istifadəçi bunun səbəbləri barəsində daha dolğun məlumatlar əldə edəcək. Android 11-in təhlükəsizlik sistemində də dəyişikliklər edilib. Belə ki, GWP-ASan protokolunun istifadəsi sistemin performansına təsir etmədən kritik komponentlərdəki yaddaş səhvlərini aşkar edə bilir. Qeyd etmək lazımdır ki, Android 11-in final versiyasının bu ilin üçüncü rübündə təqdim olunacağı planlaşdırılır.
    Linki kopyala