main-post-cover

    Android Q'də 3D Touch texnologiyasının analoqu ola bilər

    Elm & Texnologiya
    08.04.2019
    Farid Pardashunas
        3D Touch texologiyası hələ 2015-ci ildə Apple şirkətinin iPhone 6siPhone 6s Plus smartfon modellərində təqdim olunmuşdu. Həmin vaxtdan bəri Google da daxil olmaqla bir çox digər şirkətlər öz məhsullarında bu texnologiyanın analoqunu yaratmağa çalışırdılar. Görünür, Android Q adlı yeni əməliyyat sistemində 3D Touch texnologiyası yenidən aktual olacaq. Bu barədə Gagadget saytı xəbər verib.
        Belə ki, Android Q əməliyyat sisteminin ikinci beta versiyasında tərtibatçılar Deep Press adlı yeni funksiya barəsində məlumat aşkar ediblər. 3D Touch texnologiyasında olduğu kimi Deep Press də barmaq vasitəsilə ekrana toxunma gücünü təyin edə bilir. Başqa sözlə desək, ekrana klik edib bir qədər saxlamaq əvəzinə sadəcə olaraq barmaq ilə ekrana bir qədər daha sərt klik etmək lazımdır.

        Məlumatlarda həmçinin qeyd olunub ki, ekrana bir qədər sərt klikləmək həmçinin tətbiqlərin kontekst menyusunu və Android sisteminin digər özəlliklərini aktivləşdirə biləcək. Lakin bu funksiyanın necə çalışacağı hələki bilinmir. Məsələn iPhone modelində 3D Touch texnologiyasının düzgün çalışması üçün xüsusi ötürücülər var. Google şirkətinə isə bu cür ötürücülərin lazım olub-olmayacağı məlum deyil. Bəlkə də şirkət məsələni yalnız proqram təminatı vasitəsilə həll edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər