main-post-cover

    Android Q əməliyyat sisteminin təqdimat tarixi və yeni özəllikləri ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    26.01.2019
    Farid Pardashunas
        Google şirkəti internetdə gizli video paylaşıb və həmin videoda hər il tərtibatçılar üçün ənənəvi olaraq keçirilən I/O tədbirinin bu ilki tarixi gizlədilib. Təbii ki, I/O 2019 tədbirinin əsas hissəsi məhz Android əməliyyat sisteminin yeni versiyasına həsr olunacaq. Bir neçə müddət bundan öncə XDA-Developers saytının tərtibatçıları Android Q əməliyyat sisteminin ilkin versiyasını əldə etmişdilər. Bu səbəbdən tərtibatçılar yeni Android Q-də olacaq bəzi yeni funksiyalar barədə məlumatları təqdim etmişdilər.

        Google şirkəti tapmaca tərz şeyləri çox sevir və buna görə də Google I/O 2019 tədbirinin anonsuna eyni cür yanaşıb. İstifadəçilər sözügedən tədbirin keçirilmə tarixi və yerini müəyyən etmək üçün qəliz tapmacanı tapmalı olublar. Beləliklə tərtibatçılar üçün nəzərdə tutulmuş I/O 2019 tədbiri bu ilin 7-8 may tarixlərində Kaliforniyanın Mauntin-Vyu şəhərində yerləşən Şorlayn amfiteatrında baş tutacaq.
        Android Q barəsindəki əvvəlki məlumatdan məlum olmuşdu ki, əməliyyat sisteminin yeni versiyasında Dark Mode rejmi, desktop rejimi, tərtibatçılar üçün yeni ayarlar, cihazların smart bloklanması və müxtəlif tətbiqlər üçün məhdudlaşdırıcı sistem olacaq. Lakin bütün bunlar əməliyyat sisteminin yeni versiyasında olacaq tək yeniliklər deyil. Belə ki, 9to5Google saytının jurnalistləri bir sıra yeni funksiyaları ortaya çıxarıblar.
    İstifadəçi üzünün təyin edilməsi:
        İstifadəçi üzünün təyin edilməsi funksiyası hələ Android Ice Cream Sandwich əməliyyat sistemində təqdim edilmişdi. Lakin etibarlılıq baxımından o geridə qalırdı. Android Q əməliyyat sistemində isə bu vəziyyət dəyişəcək. Yeni Android-in sistem səviyyəsində müxəlif növ ötürücülərin (infraqırmızı kameralar, dəqiqləşdirici proyektorlar və s.) istifadəsi əsasında istifadəçi üzü ilə daha təhlükəsiz identifikasiya dəstəyi olacaq.
    Ekran videosunun çəkilməsi:
        Google şirkəti Android P əməliyyat sisteminə screenshotlarla çalışmaq alətlərini əlavə etmişdi və bu funksiyaya smartfonun yandırıb/söndürmə düyməsinə klik edərək keçid etmək olurdu. Android Q-də isə əlavə olaraq smartfon ekranında baş verən hər şeyin video formatında yazılması və daha sonra əldə olunmuş videonun sürətli şəkildə paylaşılması funksiyası olacaq.
    Emergency düyməsi:
        Yandırıb/söndürmə düyməsini klikləyib saxlayaraq ortaya çıxan xüsusi menyuya yeni düymə əlavə olunacaq. Söhbət Emergency düyməsindən gedir.

    Sistemin təkmilləşdirilməsi:
        Təmiz Android versiyaları heç zaman interfeysin xarici görünüş ayarları baxımından geniş imkanlarla fərqlənmirdi. Lakin Android Q-də bu vəziyyət dəyişməlidir. Belə ki, ilkin məlumatlara əsasən yeni əməliyyat sistemində istifadəçilər şrift növlərini, ikon formalarını və sistemin rəngini seçə biləcəklər.

    Bütün ötürücülərin sürətli söndürülməsi:
        Sürətli ayarlar menyusunda Airplane Mode rejiminə əlavə olaraq cihazın bütün ötürücülərin sürətli söndürülməsi düyməsi əlavə olunacaq.
    Konfidensiallıq:
        Smartfondakı hər hansı bir tətbiq mikrofonu, geolokasiyanı və ya digər məlumatları istifadə etsə, smartfon ekranının aşağı hissəsində xüsusi mesaj əks olunacaq. Bunun sayəsində istifadəçi tətbiqlərin yığdıqları məlumatları məhdudlaşdıra biləcək.
    Bildirişlər:
        Google şirkəti yeni ayarları daxil edərək bildirişləri təkmilləşdirməyə davam edəcək. Beləliklə istifadəçilərə bildirişlərin bloklanması və sakit şəkildə ortaya çıxması funksiyaları təqdim ediləcək.
    Wi-Fi:
        Keçən ilin iyun ayında təqdim edilmiş WPA3 şifrələmə texnologiyası Android Q-nün sistem səviyyəsində dəstəklənəcək.
    5G:
        Yaxın zaman ərzində bir çox regionlarda 5G şəbəkəsinin istifadəyə veriləcəyi səbəbilə Android Q-də sözügedən şəbəkəyə qoşulma zamanı 5G ikonunun smartfon ekranında əks olunacağı da gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər