
Antarktikanın ən uzaq və əlçatmaz ərazilərində mikroplastik hissəciklərə rast gəlinib
Elm & Texnologiya
12.02.2025
Emil
Aparılmış yeni araşdırma çərçivəsində alimlər Antarktikanın ən uzaq bölgələrində mikroplastik hissəciklər aşkar ediblər. Bu da Yer üzündə artıq tam təmiz qalmış heç bir yerin olmadığını göstərir. Plastik material 150 ildən çox əvvəl icad edilib və o vaxtdan bəri bütün dünyanı bürüyüb. Alimlər plastik hissəcikləri suda, torpaqda, havada və hətta insan orqanizmində aşkar ediblər. Yeni araşdırma Yer kürəsinin demək olar ki, hər yerinin plastik çirklənməsinə məruz qaldığını sübut edir. Böyük Britaniyanın Antarktika Xidməti tədqiqatçıları, Antarktikanın içərilərində yerləşən bəzi düşərgələrin ətrafındakı qarda mikroplastik hissəciklərin izlərini tapıblar.

Qeyd etmək lazımdır ki, bu, tarixdə ilk dəfədir ki, bu qədər uzaq və əlçatmaz ərazilərdə mikroplastik hissəciklərin varlığı təsdiqlənir. Böyük Britaniyanın Antarktika Xidmətinin okean ekoloqu, doktor Clara Manno-nun sözlərinə görə, ilkin analizlər göstərir ki, mikroplastik hissəciklər əsasən yerli mənbələrdən qaynaqlanır. Ehtimal olunur ki, bunlar tədqiqatçılar tərəfindən istifadə olunan üst geyimlər, iplər və düşərgə ətrafında təhlükəsiz marşrutları işarələmək üçün qoyulan bayraqlardan yaranmış ola bilər. Təəssüf ki, mikroplastik hissəciklərin bu buzlu səhrədəki təsirləri hələ də tam aydın deyil.

Araşdırmanın həmmüəllifi, doktor Kirstie Jones-Williams qeyd edib ki, Antarktikaya materialların gətirilməsi ilə bağlı sərt qaydalara baxmayaraq, əldə edilən nəticələr hətta ən uzaq və ciddi şəkildə nəzarət olunan bölgələrdə belə mikroplastik çirklənmənin mövcud olduğunu sübut edir. Bu isə plastik çirklənmənin hər yerə nüfuz etdiyini göstərir və Yer üzündə həqiqətən tam toxunulmaz qalmış bir yerin qalmadığını sübut edir. Araşdırma çərçivəsində alimlər Cənub Qütbünün uzaq bölgələrində yerləşən Union və Şants buzlaqlarındakı üç sahə düşərgəsindən toplanmış nümunələri təhlil ediblər. Əvvəlki tədqiqatlar alimlərin nümunələrdən mikroskopik plastik hissəciklərini əl ilə seçməsinə əsaslanırdı. Lakin bu yeni araşdırmada daha müasir texnologiya tətbiq edilib:
- Qar xüsusi filtr kağızı vasitəsilə əridilib
- Yüksək dəqiqlikli skan texnikası ilə analiz aparılıb.

Tədqiqat nəticələrinə görə, mikroplastik hissəciklərin qar nümunələrindəki miqdarı 73 ilə 3099 hissəcik arasında dəyişir. Bundan əlavə tapılan plastik hissəciklərinin təxminən 90%-i 50 mikrometrdən kiçik olub. Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatlar plastik çirklənmənin həqiqi miqyasını aşağı qiymətləndirib. Nəticələr göstərir ki, nümunələrdəki mikroplastik hissəcik miqdarı əvvəlki hesablamalardan 100 dəfə çox ola bilər.
Araşdırmanın həmmüəllifi, doktor Emily Rowlands qeyd edib ki, yeni texnologiyalar sayəsində alimlər əvvəlkindən daha kiçik ölçülü mikroplastik hissəciklərini təhlil edə bilirlər. Tədqiqatçılar hər üç sahədə bir neçə yayılmış plastik növü aşkar ediblər, o cümlədən poliamid (tekstil sənayesində istifadə olunur), polietilentereftalat (PET) (adətən plastik butulka və qablaşdırmalarda rast gəlinir), polietilen və sintetik kauçuk. Alimlər hesab edirlər ki, mikroplastik hissəciklər əsasən yerli mənbələrdən gəlir, lakin bunu tam təsdiqləmək üçün əlavə araşdırmaların aparılmasına ehtiyac var.
Mənbə: Daili Mail
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
İnsan beynində mikroplastik hissəciklərin miqdarı son illərdə 50% artıb
ABŞ alimləri insan orqanizmində mikoplastik hissəciklərin səviyyəsini qiymətləndirən yeni bir araşdırmanın nəticələrini dərc ediblər. Bu dəfə onlar beyində 12 fərqli polimeri və o cümlədən məişətdə geniş istifadə olunan polietileni aşkar ediblər.

Elm & Texnologiya
Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib.

Elm & Texnologiya
Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub
Alimlərin sözlərinə əsasən 10 illiklər ərzində plastik materiallardan istifadə planetimizdəki bütün canlılar üçün qaçılmaz nəticələrə səbəb olub.

Elm & Texnologiya
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır.

Elm & Texnologiya
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
