main-post-cover

    AOSP saytında ilk dəfə Google Pixel 4 smartfonunun adı hallandırılıb

    Elm & Texnologiya
    03.04.2019
    Farid Pardashunas
        9to5Google saytının mütəxəssisləri Google şirkətinin yeni smartfon modelinin adının ilk dəfə hallandığı vəziyyəti aşkar ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, AOSP (Android Open Source Project) saytında Google şirkətinin təmsilçisi istifadəçilərdən birinin sualına cavab verərkən Pixel 3 ilə Pixel 4 üçün olan hansısa yenilənmədən danışıb. Təbii ki, Pixel 4 smartfonu barəsində heç bir məlumat verilməyib.
        Google təmsilçisindən verilmiş bu cür bəyanat isə o deməkdir ki, şirkət yeni smartfonları artıq nəinki hazırlayır, həm də həmin smartfonlar bəzi tərtibatçılara test məqsədi üçün təqdim olunublar. Son məlumat sızıntılarına əsasən Pixel 4 smartfonu Snapdragon 855 prosessoru və Android Q əməliyyat sistemi ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni Pixel modellərində iki SIM kart girişi özəlliyi də reallaşdırılmalıdı. Çox güman ki, şirkət yeni Pixel modellərini bu ilin payız fəslində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər