Logo
    main-post-cover

    Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!

    Elm & Texnologiya
    25.11.2024
    Farid

         Yeni bir araşdırma, təzyiq dərmanı rilmenidinin heyvanlarda ömrü uzada biləcəyini və sağlamlıq göstəricilərini yaxşılaşdıra biləcəyini ortaya çıxarıb.

         Birmingham Universitetindən molekulyar biogerontoloq João Pedro Magalhães-in rəhbərlik etdiyi bir qrup tərəfindən aparılan araşdırma, rilmenidinlə müalicə olunan "Caenorhabditis elegans" qurdlarının ömrünün uzandığını və sağlamlıq göstəricilərinin yaxşılaşdığını göstərib. Araşdırma nəticələri, rilmenidinin kalori məhdudlaşdırılmasına bənzər bir təsir yaratdığını üzə çıxarıb.
         Təcrübələr zamanı rilmenidinin təsiri altında olan siçanların böyrək və qaraciyər toxumalarında kalori məhdudlaşdırılması ilə əlaqəli gen fəaliyyətlərinin müşahidə edildiyi aşkar edilib. Rilmenidinin təsirinə dair başqa bir mühüm kəşf isə "nish-1" adlı bioloji siqnal qəbuledicisinin kritik rol oynadığıdır. Tədqiqatçılar, bu qəbuledicinin aradan qaldırılması halında dərmanın təsirlərinin yox olduğunu bildiriblər. Tədqiqatçılar rilmenidinin qocalmanı yavaşlatma təsiri ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar. İnsanlarda bu təsirin hələ təsdiqlənmədiyi qeyd edilsə də, əldə olunan nəticələr ümidvericidir.
     
    Paylaş