
Apple 5G modemi öz prosessorlarına inteqrasiya edəcək
Elm & Texnologiya
25.02.2025
Emil
Apple modemi birbaşa prosessora inteqrasiya etməyə imkan verəcək bir texnologiya üzərində çalışır. Bu yenilik enerji səmərəliliyini artıracaq və cihazların istehsal xərclərini azaldacaq. Bloomberg-in məşhur insayderi Mark Gurman-ın məlumatına görə, şirkət bu texnologiyanı 2028-ci ildən tez reallaşdırmağı planlaşdırmır. MacRumors-un qeyd etdiyi kimi, Apple əvvəllər də MacBook modellərinə mobil şəbəkə dəstəyi əlavə etmək imkanını nəzərdən keçirib. Məsələn, 2008-ci ildə MacBook Air-in 3G texnologiyasını dəstəkləyən versiyası müzakirə olunmuşdu. Lakin o zamankı baş direktor Steve Jobs bu ideyadan komponentlər üçün kifayət qədər yer olmaması səbəbilə imtina etmişdi.

Lakin modemin birbaşa prosessora inteqrasiyası bu problemi həll edə bilər. Apple-in ilk fərdi 5G modemi olan C1 ilk dəfə keçən həftə təqdim olunmuş iPhone 16e modelinə quraşdırılıb və şirkətin sözlərinə görə, indiyə qədər iPhone-larda görünməmiş enerji səmərəliliyi nümayiş etdirib. Yeni modemin sayəsində iPhone 16e smartfonu 6.1 düym ölçülü ekrana sahib modellər arasında batareya ömrünə görə rekord qıraraq 26 saata qədər video izləmə imkanı təmin edib. Lakin Apple bildirib ki, C1 yalnız başlanğıcdır. Hazırda şirkət artıq C2 adlı modemin sınaqlarını aparır və bu modemin 2026-ci ildə iPhone 18 Pro modelinə quraşdırılacağı gözlənilir.

Bununla yanaşı, Apple C3 modemini də inkişaf etdirir və Mark Gurman-ın məlumatına görə, bu çip 2027-ci ildə təqdim oluna bilər. 2027-ci ilə qədər Apple-ın öz modemlərini Qualcomm-un hazırda iPhone və iPad-lərdə istifadə olunan modemlərindən üstün etməyi planlaşdırdığı bildirilir. Qeyd etmək lazımdır ki, Apple 2018-ci ildən etibarən öz modemlərini hazırlayır və bununla da Qualcomm-dan asılılığı aradan qaldırmağa çalışır. Lakin şirkət Qualcomm ilə modem tədarükü haqqında müqaviləni 2027-ci ilin mart ayına qədər uzadıb. Bu isə Apple-a öz modem texnologiyasını təkmilləşdirmək üçün kifayət qədər vaxt verəcək.
Mənbə: Macrumors
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən iPhone-nun istehsal planlarının reallaşdırıması artıq çox yaxındır
Qatlana bilən iPhone-un rəsmi elanına hələ çox var. İndiyə qədər yalnız təxmini buraxılış tarixləri ortaya çıxıb, lakin konkret bir tarix açıqlanmayıb.

Proqram Təminatı
Apple Böyük Britaniyada iCloud-un end-to-end şifrələnməsini deaktiv edib
Apple bildirib ki, Böyük Britaniya hökumətinin tələbi səbəbindən istifadəçilərə Advanced Data Protection (ADP) funksiyasını təqdim edə bilməyəcək.

Cihazlar+
iPhone 17 Pro modelləri şarj mövzusunda vacib bir funksiyanı əldə edə bilərlər
Instant Digital ləqəbli çinli insayder iPhone 17 Pro seriyası ilə bağlı maraqlı yeniliklər barədə məlumat verib.

Cihazlar+
Nazik gövdəli iPhone 17 Air böyük ölçülü ekranı əldə edə bilər
Bu ilin ikinci yarısında təqdimatı gözlənilən nazik gövdəli iPhone 17 Air daha böyük ölçülü ekrana sahib ola bilər.

Elm & Texnologiya
Apple gələcək iPhone-lar üçün artıq C2 5G modemini test edir
Apple gələcək iPhone modelləri üçün ikinci nəsil C2 modeminin testlərinə başlayıb. Bu məlumatı anonim insayder təqdim edib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
