main-post-cover

    Apple AirPower naqilsiz şarj stansiyası barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    14.04.2020
    Emil Nəcəfov
        Apple şirkətinin naqilsiz AirPower şarj stansiyası üzərində işlərə yenidən start verdiyi barəsində məlumatlar ortaya çıxandan sonra insayder Jon Prosser cihazın konsept fotosunu və onun barəsində bəzi yeni məlumatları təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Jon Prosser-in verdiyi məlumata əsasən AirPower şarj stansiyası C68 kod adına sahibdir.
        Bununla yanaşı şarj stansiyası sağ tərəfdən Lightning girişinə sahib olacaq və həmçinin Apple A11 prosessoru ilə təchiz olunacaq. Cihazın xarici görünüşü  barəsində şirkət yekun qərar verməyib. Buna görə də onun final versiyası bir qədər fərqlənə bilər. Əgər hər şey yaxşı getsə, Apple şirkəti AirPower-i bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim edə bilər. İnsayder qeyd edib ki, naqilsiz şarj stansiyasının iqyməti 250$ təşkil edəcək.
    Linki kopyala