Logo
    Apple artıq növbəti nəsil Vision Pro üzərində çalışmağa başlayıb

    Apple artıq növbəti nəsil Vision Pro üzərində çalışmağa başlayıb

         Macrumors saytının verdiyi məlumata əsasən Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını hələ satışa çıxartmamasına baxmayaraq şirkət artıq onun ikinci nəsli üzərində çalışır. Məlumatda qeyd edilib ki, növbəti Vision Pro şirkət daxilində Project Alaska kod adına sahibdir. Macrumors-un məlumatlarına əsasən növbəti Vision Pro xarici görünüşcə satışa hazırlaşan Vision Pro-ya bənzəyəcək. Lakin bununla belə şirkət növbəti MR cihazın gövdəsini sadələşdirməyi və müəyyən elementlərin yerlərini dəyişməyi istəyir.
         Növbəti Vision Pro-nun kompasa, hiroskopa, işıqlandırma sensoruna və maqnitometrə sahib olacağı gözlənilir. Məlumatda qeyd edilib ki, MR cihazın ikinci nəsli iki ədəd micro-OLED ekrana, bir ədəd TrueDepth kameraya, dörd ədəd computer vision kamerasına, iki ədəd RGB kamerasına və yaxşı işıqlandırılmamış mühitdə çalışmaq üçün nəzərdə tutulmuş infraqırmızı işıqlandırma sisteminə sahib olacaq. Vision Pro 2-ni yaxın zamanda gözləmək lazım deyil. Əgər hər şey yolunda getsə, şirkət onun final versiyasını 2025-ci ildə test etməyə başlayacaq. Vision Pro 2 nəticədə 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində satışa çıxa bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...