Apple bu il ərzində M3 prosessorlu yeni MacBook-ları təqdim etməyəcək

Apple bu il ərzində M3 prosessorlu yeni MacBook-ları təqdim etməyəcək

Texnologiya
11.09.2023 PAYLAŞIM

    Hələ keçən ay məlumat ortaya çıxmışdı ki, Apple şirkəti sentyabr ayında baş tutacaq təqdimat tədbirindən sonra oktyabr ayında daha bir tədbir keçirəcək. Güman olunurdu ki, şirkət oktyabrdakı tədbirdə M3 prosessoruna sahib MacBook modellərini təqdim edəcək. Lakin məşhur analitik Ming-Chi Kuo bu məlumatı təkzib edib. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntısına əsasən oktyabr ayında 13 düym ekranlı yeni MacBook Pro, MacBook Air modelləri və üstəlik 24 düym ekranlı iMac gözlənilirdi. Lakin Ming-Chi Kuo əmindir ki, Apple bu ilin sonuna kimi M3 prosessorlu heç bir MacBook modelini təqdim etməyəcək. Qeyd etmək lazımdır ki, analitik öz məlumatlarında yalnız MacBook-u qeyd edib. Buna görə də Apple ilin sonuna kimi yeni MacBook modellərini olmasa da yenilənmiş iMac-ı təqdim edə bilər.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×