Apple Çin ilə ticarət müharibəsinə son verilməsi üçün ABŞ hökumətinə rəsmi müraciət edib

23.06.2019 0 PAYLAŞIM 104 OXUNMA

    Apple şirkəti prezident Donald Trump-ın ABŞ ilə Çin arasındakı ticarət müharibəsi çərçivəsində genişləndirməyi planlaşdırdığı vergi rüsumlarının ləğv olunması ilə bağlı rəsmi şəkildə ABŞ hökumətinə müraciət edib. Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Bu rüsumların Çindən olan məhsulların import olunması üçün ödənilməsi nəzərdə tutulub. 300 milyard dollar dəyərində olan məhsullar üçün 25%.

    Apple ABŞ şirkəti olsa da o öz məhsullarını Çində istehsal edir. Buna görə də həmin məhsullara da vergi rüsumları tətbiq edilir. Daha əvvəllər şirkət yalnız kiçik məhsullara görə (naqillər, şarj cihazları və s. aksessuarlar) ödəniş edirdi. Lakin indi əgər Trump məhsul siyahısını və vergi rüsumlarını genişləndirsə, Apple şirkəti əlavə olaraq smartfonlara, noutbuklar və digər məhsullara görə də ödəniş etməli olacaq. Əgər şirkət bu məhsullara görə də vergi rüsumu ödəsə şirkətin məhsullarının qiymətlərinin qalxacağı qaçılmazdır.

    Morgan Stanley maliyyə şirkətinin analitiklərinin hesablamalarına əsasən bu halda büdcəli iPhone XR modelinin qiyməti 160$ bahalaşaraq 910$ təşkil edəcək. Belə olacağı halda yeni iPhone modellərinin qiymətlərinin necə təşkil edəcəyini söyləmək çətindir. Nəticədə ölkə büdcəsinə töhfənin verilməsi aşağı düşəcək. Apple şirkəti isə qeyd edir ki, o, ABŞ-da ən böyük vergi ödəyicilərindən biridir. Qeyd etmək lazımdır ki, vergi rüsumlarının aşağı endirilməsini digər şirkətlər də tələb edirlər.

    Onların sırasında Keurig Dr Pepper, Carrier, Dell, HP, Walmart, Fitbit və s. kimi şirkətlər var. Həmin şirkətlər də bu məsələ ilə bağlı ABŞ hökumətinə rəsmi müraciət ediblər. Həmin müraciətlərin Donald Trump-ın fikrinə təsir edib-etməyəcəyi isə bilinmir. Əks halda şirkətlər öz istehsalatlarını Çindən digər ölkələrə keçirtməli olacaqlar. Apple şirkəti artıq uzun müddətdir ki, bu cür planı nəzərdən keçirdir.