Logo
    main-post-cover

    Apple gələn ay yeni iPad Air planşetini təqdim edəcək

        Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış məlumata əsasən Apple bu ilin sonuna kimi iPad Air planşetini yeniləməyi planlaşdırır. Söhbət, 6-cı nəsil iPad Air modelindən gedir. Sözügedən planşetin oktyabr ayının sonunda təqdim olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bu məlumat Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın daha öncə iPad Air ilə bağlı vermiş olduğu məlumat ilə üst-üstə düşür. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən iPad Air 6 bu il ərzində təqdim olunacaq yeganə yeni iPad modeli olacaq. Yəni bu il yeni iPad Pro-nu və ya digər iPad modelini gözləmək lazım deyil. iPad Air 6-ya gəldikdə isə onun hansı özəlliklərə sahib olacağı bilinmir. Sadəcə güman etmək olar ki, iPad Air 6 daha öncəki iPad Air modelinin dizaynını, yeni prosessoru və kameranı əldə edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple gələn ay yeni iPad Air planşetini təqdim edəcək | Technote