main-post-cover

    'Apple'ın məlumat sızıntısının qarşısını almaq üçün keçirdiyi görüşdən 1 saatlıq səs yazısı sızdırıldı

    Elm & Texnologiya
    21.06.2017
    Farid Pardashunas
    Son illərdə sızıntı problemləri sözün əsl mənasında "Apple"ın başına dərd olub. Yeni modeli təqdim etmədən öncə mətbuata sızan məlumatlar, rəqiblər tərəfindən anında dəyərləndirilir. Hətta, bəzi çinli firmalar bu yeniliklər tanıdılmadan öncə "Apple"ın gətirəcəyi yenilikləri tətbiq edib, yeni model telefon istehsal edirlər. Bütün bu problemləri aradan qaldırmaq üçün "Apple"ın qlobal təhlükəsizlik şöbəsinin rəbəri David Rice rəhbərliyi altında “Stopping Leakers- Keeping Confidential at Apple” adlı daxili görüş keçirilib. Lakin işin maraqlı tərəfi odur ki, bu görüşdən 1 saatlıq səs yazısı sızdırılıb. Görünən odur ki, Apple bu mövzuda hələ çox iş görməlidir.
    Rice çıxışında Apple istehsal fabrikində çalışan işçilərin ağıllara gəlməyəcək oğurluq yöntəmlərindən də danışıb. Bu yöntəmlər arasında, telefonu tualetə atıb, sonra onu kanalizasiya sistemindən geri çıxaran işçilərdən tutmuş, qadınların qutuları büstqalterlərinə gizlətməklərinədək metodlar var.
    Bu səbəbdən işçilərin əmək haqqlarının artırılması haqqında düşündüklərini vurğulayan Rice, oğurluq məhsullara görə bəzən işçilərin 1 illik maaşları miqdarında zərər ödədiklərini ön plana çəkib. Belə ki, hal hazırda Apple fabrikində istehsal ilə məşğul olan işçilərin orta əmək haqqı aylıq 350 dollardır.
    Bundan əlavə şirkət daxilində çalışan 2 nəfərin müxtəlif bloglara məlumat ötürməsini də pisləyib. Lakinin bunu, anlayışla qarşıladıqlarını da vurğulayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər