main-post-cover

    Apple iPhone-lardakı şübhəli fotoları skan edəcək

    Elm & Texnologiya
    06.08.2021
    Farid Pardashunas
        Apple şirkəti qanunsuz kontentlərin olub-olmadıqlarını yoxlamaq üçün iPhone smartfonlarında fotoların skan olunması funksiyasının istifadəyə verilməsinə hazırlaşır. Skan prosesi birbaşa iPhone-da reallaşdırılacaq və şübhəli fotoların aşkar edildiyi halda alqoritm bu barədə məlumatı Apple şirkətinə təqdim edəcək. Apple şirkəti bu yeni funksiyanın mövcudluğunu artıq təsdiqləyib. Şirkətin verdiyi məlumata əsasən neuralMatch adlı alqoritm iPhone sahiblərinin fotolarını bulud serverlərə göndərmədən onları lokal şəkildə skan etməyə imkan verir. Şübhəli fotoların təyin edilmə sistemi mövcuddur
        Belə ki, onlar ABŞ-dakı itmiş insanların axtarışı və istismar olunan uşaqlar üzrə milli mərkəzin məlumatlar bazası ilə qarşılaşdırılacaqlar. Sözügedən mərkəzdə 200.000-ə yaxın foto var. Heşləşdirmə alqoritmləri vasitəsilə sistem şübhəli fotoları təyin edəcək. Şübhəli hesab edilən fotoya reytinq təyin ediləcək və reytinqin yüksək olduğu halda neuralMatch adlı alqoritm qanunsuz kontent barədə məlumatı Apple şirkətinə ötürəcək. Daha sonra şirkət əməkdaşları bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməmək qərarını verəcəklər.
        Qeyd etmək lazımdır ki, fotoların bu cür skan olunması üzrə digər alternativ olan PhotoDNA-dan Facebook, Twitter Google kimi şirkətlər də istifadə edirlər. Apple şirkəti artıq bildirib ki, alqoritm iCloud Photos funksiyasını deaktiv etmiş istifadəçilərin smartfonlarında fotoları skan edə bilməyəcək. Belə ki, alqoritm tərəfindən təyin edilən reytinq orijinal fotolar üçün deyil onların bulud servisdəki kopyaları üçün təyin edilir. Apple bildirib ki, bu yeni sistem yaxın zamanda ABŞ-da istifadəyə veriləcək. Lakin onun digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər