main-post-cover

    Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartlarını geridə qoyub

    Elm & Texnologiya
    17.11.2020
    Emil Nəcəfov
        Keçən həftə yeni MacBook modelləri ilə birlikdə təqdim edilmiş M1 adlı mobil ARM prosessor öz performans göstəriciləri ilə hətta Apple rəhbərliyini də təəccübləndirib. Bir neçə müddət sonra isə internetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb. Həmin nticələr Nvidia AMD şirkətlərinin desktop qrafik çiplərinin nəticələri ilə müqayisə edilib. Bu barədə 4pda saytı xəbər verib.
        Təqdim olunmuş məlumata əsasən Apple M1-ə inteqrasiya edilmiş qrafika bençmark saytında GeForce GTX1050 Ti Radeon RX 560 dekstop qrafik çipləri ilə test edilib. Qeyd olunmuş hər iki qrafik çip Apple M1-ə yaxın performans sərgiləyir. Belə ki, AMD-nin qrafik çipi 2.6 teraflops, Nvidia-nın qrafik çipi isə 2.9 teraflops güc sərgiləyir. Qeyd etmək lazımdır ki, Apple M1 prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
        Bu prosessor Firestorm adlı 4 ədəd yüksək performanslı nüvə və Icestorm adlı 4 ədəd enerji effektivliyi nüvəsi ilə təchiz olunub. Bununla yanaşı bu çipin daxilinə 8 nüvəli qrafik prosessor inteqrasiya edilib. GFXBench 5.0 bençmark saytındakı testlərə əsasən Apple M1 prosessoru Nvidia ilə AMD-nin dekstop qrafik çiplərini böyük fərqlə geridə qoyub. Hətta nəzərə alsaq ki, Nvidia ilə AMD-nin bu qrafik çipləri artıq köhnəlmiş qrafik çiplər hesab olunurlar, yenə də Apple M1 mobil prosessorunun bu cür nəticələr sərgiləməsi diqqəti cəlb edir.
    Linki kopyala