
Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
01.11.2024
Emil
Dünən Apple şirkəti M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro modellərini təqdim etdi. Onların arasında M4, M4 Pro və M4 Max prosessorları var. İndi isə məlum olub ki, M4 Pro prosessoru Geekbench testlərindən keçib. Geekbench nəticələrindən belə qənaətə gəlmək olar ki, M4 Pro prosessoru M3 Pro prosessorunu olduqca üstələyir. Geekbench testlərindən M4 Pro prosessorunun 20 nüvəli GPU-ya sahib versiyası vasitəsilə çalışan 14 düym ekranlı MacBook Pro keçib.
MacBook Pro 48 GB-lıq RAM-a sahib olub. Beləliklə noutbuk Geekbench-in bir nüvəli testi çərçivəsində 3925 xal, çox nüvəli testi çərçivəsində isə 22 669 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, M3 Pro prosessoruna sahib MacBook Pro modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 3138 xal, çox nüvəli testi çərçivəsində isə 15 480 xal toplayır. Beləliklə yeni M4 Pro prosessorunun bir nüvəli çalışma rejimi çərçivəsində performansı 25%, çox nüvəli çalışma rejimində performansı isə 46% yüksəlib.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
