Logo
    main-post-cover

    Apple mini-LED texnologiyası əsasında yeni monitor üzərində çalışır

        Apple şirkətinin yeni monitor üzərində çalışdığı barəsində məlumatlar daha öncə internetdə ortaya çıxıb. İndi isə bu məlumatı məşhur analitik Ming-Chi Kuo da təsdiqləyib. Onun sözlərinə əsasən şirkətin yeni monitoru 27 düym ölçülü ekrana sahib olacaq. Analitik bildirib ki, monitorun ekranı mini-LED texnologiyası əsasında hazırlanacaq, şüşə plataya sahib olacaq və ProMotion (təsvirin 120 Hz-ə kimi yenilənmə texnologiyası) texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı şirkətin yeni monitoru Apple M prosessorlarından birini əldə edəcək. Analitik yeni Apple monitoru barəsində digər bir məlumat verməyib. Gözləntilərə əsasən şirkət öz yeni monitorunun kütləvi istehsalına ya 2024-cü ya da 2025-ci ildə start verəcək. Buna görə də onun yaxın zamanda təqdim ediləcəyini gözləmək lazım deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple mini-LED texnologiyası əsasında yeni monitor üzərində çalışır | Technote