
Apple öz ilk elektromobili üçün unikal audiosistem üzərində çalışır
Elm & Texnologiya
07.07.2023
Emil
Artıq uzun illər ərzində ortaya çıxan məlumatlara əsasən Apple şirkəti öz ilk elektromobilini hazırlayır. Görünür, şirkət sözügedən layihə üzərində çalışmağa davam edir. Verilmiş yeni məlumata əsasən Apple mühəndisləri şirkətin ilk elektromobili üçün yeni audiosistem üzərində çalışır. Belə ki, şirkət sözügedən texnologiya barəsində yeni patentlər əldə edib. Patent sənədlərindən birində oturacağın baş hissəsinə yerləşdirilmiş səsgücləndiricilərdən danışılıb.
Şirkətin ideyasına əsasən sərnişinin baş hissəsinin hansı istiqamətə çevrilmiş vəziyyətdə olmasından asılı olmayaraq o, səsgücləndiricilər vasitəsilə ötürülən səsi aydın şəkildə eşitməlidir. Daha bir neçə səsgücləndiricinin elektromobilin qapılarına da yerləşdirilməsi nəzərdə tutulub. Gözləntilərə əsasən elektromobilin audiosistemini smartfon kimi portativ cihaza qoşmaq mümkün olacaq. Bununla belə akustika səsin hansı səsgücləndiricilər tərəfindən ötürüləcəyinə özü qərar verəcək. Nəticədə şirkətin öz elektromobilində bu cür audiosistemi reallaşdırıb-reallaşdırmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər