Logo
    main-post-cover

    Apple qatlana bilən ekrana sahib MacBook üzərində çalışır

        Apple hal hazırda hansısa qatlana bilən cihaza hələ ki, sahib olmayan böyük şirkətlərdən biridir. Lakin verilmiş yeni məlumata əsasən şirkət hal hazırda elastiki ekrana sahib noutbuk üzərində çalışır. Məlumatda qeyd edilib ki, Apple qatlana bilən ekrana sahib MacBook-un istehsalı məsələsində müxtəlif komponent istehsalçıları ilə danışıqlar aparır. Əgər nəticədə belə bir noutbuk istehsal edilsə, bu, ekranlar bazarını yerindən tərpədəcək.
        Samsung Display ilə LG hələ bir neçə müddət bundan öncə noutbuklar üçün nəzərdə tutulmuş ekranlar sahəsinə külli miqdarda vəsaitlər yatırmışdılar. Bununla belə noutbuklar üçün nəzərdə tutulmuş böyük ölçülü qatlana bilən ekranların istehsalı prosesi qəliz olsa da, onlar smartfonlar üçün olan ekranlardan daha gəlirlidirlər. İnsayderlər bildiriblər ki, Apple elastiki ekrana sahib noutbukunu 2025-ci ildə təqdim edə və 2026-cı ildə satışa çıxarda bilər.
    Paylaş
    Bənzər xəbərlər