main-post-cover

    Apple şirkəti AMD və Nvidia videokartlarının alternativi üzərində çalışır

    Elm & Texnologiya
    31.08.2020
    Farid Pardashunas
        Bu ilin sonuna kimi Apple şirkəti fərdi ARM prosessora sahib noutbuk modelini təqdim etməlidir. Son məlumat sızıntısına əsasən isə şirkət Intel-in prosessorları ilə yanaşı həmçinin AMD videokartlarından da imtina etmək niyyətindədir. Bunun yerinə şirkət öz kompüterlərinə fərdi GPU yerləşdirəcək. Bu artıq gələn il baş verməlidir. Bu barədə Phonearena saytı xəbər verib.
        Verilmiş məlumata əsasən Apple şirkəti 5 nanometrlik texnoloji prosesi əsasında bir neçə çip hazırlamağı planlaşdırır. Onların arasında iPhone 12 seriyası üçün A14, iPad planşetləri, MacBook noutbukları üçün A14X prosessorları və Lifuka kod adına sahib qrafik prosessoru var. Lifuka kod adına sahib qrafik prosessor barəsində heç bir məlumat yoxdur.
        Sadəcə olaraq məlum olan odur ki, o, iMac kompüterlərinə inteqrasiya ediləcək. Bəzi mənbələrin verdikləri məlumata əsasən Apple şirkətinin fərdi GPU-su The Based Deferred Rendering (TBDR) texnologiyası əsasında çalışacaq. Intel, Nvidia və AMD şirkətinin qrafik prosessorlarının ənənəvi renderinq üsulu ondan ibarətdir ki, onlar səhnəni tam şəkildə emal edirlər. TBDR texnologiyası isə səhnəni bir neçə fraqmentə ayıraraq hər birini ayrıca render edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər