main-post-cover

    Apple şirkəti iPhone 6 seriyasının və iPhone SE'nin istehsalına son qoydu

    Elm & Texnologiya
    07.05.2019
    Emil Nəcəfov
        Apple şirkəti iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s PlusiPhone SE smartfon modellərinin istehsalını dayandırıb. Bu barədə Mydrivers saytına istinadən Rusbase saytı xəbər verib. “Apple şirkətinin istehsalatı dayandırılan iPhone modelləri bunlardır: iPhone 6, iPhone 6s, iPhone 6s Plus, iPhone 6 Plus və iPhone SE. Altıncı nəsil iPhone modelləri ilk dəfə 2014-cü ildə satışa çıxmışdılar. Beləliklə onlar 5 il ərzində satışda qaldılar. iPhone SE modeli isə 2016-cı ildə satışa çıxmışdı” - deyə məlumatda qeyd edilib. Bütün bu müddət ərzində 250 milyondan çox müxtəlif iPhone 6 modeli satılıb. Beləliklə iPhone 6 Apple şirkətinin tarixində ən çox satılan smartfon seriyası hesab edilir.
    Linki kopyala