Apple şirkəti iPhone'ların istifadəçi səslərini yazması üzrə günahlandırılır
Elm & Texnologiya
08.08.2018
Farid Pardashunas
Apple şirkəti ABŞ hökumətinə bildirib ki, iPhone
smartfonları öz istifadəçilərinin səslərini onların xəbəri olmadan yazmır. Bir
neçə müddət bundan öncə ABŞ Konqressinin Palatasının energetika və ticarət üzrə
komitəsinin üzvləri Apple şirkətinin, istifadəçilərin xəbəri olmadan onların səslərini
yazması ilə bağlı internetdə yayılmış iddiaya fikir bildirməyi şirkətdən tələb
etmişdi.
Söhbət, “Salam Siri” cümləsindən sonra işə düşən Siri səsli köməkçisindən
gedirdi. Mütəxəssislər güman edirdilər ki, Siri, istifadəçilərin və cihaz
mikrofonu ətrafında səslənən istənilən səslərini yaza bilər. ABŞ konqresmenlərinə
cavab olaraq Apple şirkəti bu iddiaları təkzib edib və bildirib ki, iPhone
smartfonları istifadəçilərin səslərini yazmır. Bundan əlavə olaraq şirkət
bildirib ki, Siri səsli əmrləri üçüncü tərəfə ötürmür.
Bununla yanaşı Apple onu
da qeyd edib ki, səsli köməkçidən istifadə etmək üçün istifadəçi öncədən Siri-yə
smartfon mikrofonuna aktivlik icazəsi verməlidir. Apple onu da qeyd edir ki,
şirkət hətta kənar tətbiqlərə də bu qaydaları pozmağa icazə vermir. Səslərin və
danışıqların yazılması üzrə şübhələndirici tətbiqlər isə tez bir zamanda
pozulur. Həmçinin Apple şirkəti ABŞ Konqressinə olan məktubunda onu da qeyd
edib ki, istifadəçi yerinin təyin olunması funksiyasının deaktiv olunması
halında da smartfonlar istifadəçinin yerini təyin etmirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)