Apple şirkəti kameraya və barmaq izi skanı texnologiyasına sahib yeni Apple Pencil-in patentini alıb
Elm & Texnologiya
14.01.2020
Farid Pardashunas
Apple şirkəti ABŞ-ın ticarət nişanları və patentləri üzrə agentliyində kameraya, barmaq izi skanı texnologiyasına və insan səhhətinin monitorinqi funksiyalarına sahib stilusu qeydiyyatdan keçirdib. Bu barədə Digger.ru saytı xəbər verib. Patent sorğusundakı təsvirə əsasən yeni stilus kameraya və jestləri dəstəkləyən sensorlu sahəyə sahibdir.
Bundan əlavə olaraq patent sorğusunda əks edilmiş yeni nəsil Apple Pencil stilusdan istifadə edən istifadəçiləri ayıra biləcək. Məlumatda qeyd edilib ki, yeni nəsil Apple Pencil həmçinin istifadəçinin ürək monitorinqini apara, nəfəs tezliyini, arterial təzyiqini, dərinin temperatorunu və digər səhhət özəlliklərini təyin edə biləcək.
İnteqrasiya ediləcək kamera isə səthlərin fiziki özəlliklərini təyin edərək onları iPad ekranında əks etdirəcək. Daha bir özəllik isə ondan ibarət olacaq ki, stilus barmaq izi skanı texnologiyasına sahib olacaq. Bu vasitə ilə istifadəçi iPad-i blokdan çıxara və ödənişləri reallaşdıra biləcək. Stilusun kommersiya məqsədli versiyasının bu funksiyalardan hansılarını əldə edəcəyi barəsində bir məlumat yoxdur. Heç istisna deyil ki, yeni nəsil stilus məhz elə patent şəklində də qalsın
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)