'Apple' şirkəti köhnə iPhone modellərini süni şəkildə zəiflətdiyini etiraf etdi

'Apple' şirkəti köhnə iPhone modellərini süni şəkildə zəiflətdiyini etiraf etdi

Texnologiya
21.12.2017 PAYLAŞIM

Bu ayın əvvəlində verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, iPhone istifadəçiləri “Apple” şirkətinin öz cihazlarını süni şəkildə zəiflətdiyinin sübutlarını əldə etmişdilər.

Belə üsulla şirkət cihazlarda olan batareyaların uzun müddət işlək vəziyyətdə qalmalarına nail olurdu. Bir neçə müddət bundan öncə şirkət bu vəziyyətə fikir bildirib. Öz məlumatında şirkət bildirib ki, ilk dəfə bu funksiya keçən il iPhone 6, iPhone 6siPhone SE modellərində reallaşdırılıb. Bir neçə müddət bundan öncə isə bu funksiya iOS 11.2 əməliyyat sistemi vasitəsilə iPhone 7-də işə düşüb. Şirkət bildirib ki, yüksək texniki göstəricilər nəticəsində litium-ion batareyaları yüklənməyə dözmürlər və buna görə də smartfonun daxili komponentlərinin qorunub saxlanması üçün cihaz avtomatik olaraq sönür.

Bu bir növ iPhone 6 ilə iPhone 6s cihazlarının avtomatik olaraq sönmələri probleminin açıqlamasıdır. Bu barədə Techcrunch saytı xəbər verib. İstifadəçilərin yeni iPhone modelləri almaq üçün şirkətin köhnə modelləri süni şəkildə zəiflətməsi ideyası çoxlarının xoşuna gıəlməyə bilər. Lakin hər şey heç də bu qədər sadə deyil. Belə ki, bu vəziyyətdə şirkətin iki variantı var. Texniki göstəricilərin aşağı endirilməsi və ya cihazları avtomatik olaraq söndürmək. Digər tərəfdən məntiqə əsasən şirkət smartfonların texniki göstəricilərini aşağı salma əvəzinə problemli cihazların batareyalarını dəyişməlidir.


Lakin şirkətin rəsmi servislərində bu cür xidmət bir qədər baha başa gəldiyindən istifadəçilər heç də şirkətin səhvləri ucbatından buna pul ödəməyə hazır deyillər. Bu vəziyyət məşhur formula gətirib çıxardır: “Smartfonunuzun əvvəlki kimi güclü çalışmasını istəyirsinizsə bizə əlavə pul ödəyin”. Heç də ədalətli səslənmir elə deyilmi? Aydındır ki, şirkət cihazın tam şəkildə texniki özəlliklərinin, məhsulun bütün xidmət müddəti ərzində çalışacağına zəmanət verməlidir. Və ya ən azından smartfona olan dəstəyin yekunlaşacağı müddətə kimi. Şirkətin bu problemi rəsmi olaraq etiraf etməsindən sonra onun həll olunması üçün “Apple”ın hansı üsullardan istifadə edəcəyini gözləmək qalır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×