
'Apple'ın öz iPhone cihazlarını süni şəkildə zəiflətməsi barəsində yeni faktlar ortaya çıxdı
Elm & Texnologiya
11.12.2017
Emil
“Apple” şirkətinin öz köhnə cihazlarını süni yolla zəiflətdiyini təsdiq edən yeni faktlar ortaya çıxıb.
Bir çoxları əmindir ki, şirkət
bunu yeni modellərin satışa çıxması ilə edir. Lakin əslində bu belə deyil. Belə
ki, məlumata əsasən şirkət öz smartfonlarının gücünü batareyaların köhnəlməsi nəticəsində
aşağı salır. Artıq sirr deyil ki, cihazdan 1 il və ya daha az istifadə müddətindən
sonra smartfon bir şarj göstəricisi ilə daha zəif çalışır. Görünür, “Apple”
şirkəti prosessorun gücünü aşağı salmaqla bununla mübarizə aparır. Bir neçə
müddət bundan öncə iPhone 6s istifadəçiləri aşkar etdilər ki, onların cihazları
birdən sönür.
Sanki onların şarjı bitmiş vəziyyətə düşür. “Apple” bu problemi
sistem yenilənməsi vasitəsilə aradan qaldırdı. Məlumata əsasən şirkət
batareyanın cərəyanından asılı olaraq prosessorun iş gücünü zəiflədib.
Reddit-in TeckFire adlı istifadəçisi öz iPhone 6s cihazı üçün yeni batareya
almaq qərarına gəlib. Bundan öncə isə o öz smartfonunu Geekbench testindən
keçirdib. Batareyanın dəyişilməsindən sonra istifadəçi həmin testi təkrar edib.
Batareyanın dəyişilməsindən öncə və sonrakı test nəticələrini aşağıdakı
fotolarda görmək olar.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
