main-post-cover

    Apple şirkəti naqilsiz AirPods 3 qulaqlığını bu ilin sonuna kimi satışa çıxarda bilər

    Elm & Texnologiya
    25.04.2019
    Farid Pardashunas
        Apple şirkəti naqilsiz AirPods qulaqlığının üçüncü nəslini bu ilin sonuna kimi çıxarda bilər. Bu barədə Digitimes saytına istinadən Gagadget saytı xəbər verib. Mənbənin verdiyi məlumata əsasən Tayvanın Inventec adlı istehsalat şirkəti qulaqlıqların əsas hissəsinin istehsalı ilə məşğul olacaq. Çinin Luxshare Precision şirkəti isə yerdə qalan hissənin istehsalatını öz boynuna götürəcək. Hal hazırda bu iki şirkət həmçinin Apple AirPods 2 modelinin istehsalı ilə məşğul olur. Statistika onu göstərir ki, 2018-ci ildə Apple şirkəti 38 milyon ədəd naqilsiz qulaqlıq satıb.
        Bu vasitə ilə şirkət bu sahədə dünya bazarının 75%-ni tutub. Əgər Apple şirkəti həmin temp ilə davam etsə, qulaqlıqların illik satışları artıq bu il 50 milyona çata bilər. Digər şirkətlər ilə rəqabət aparmaq üçün Apple daha yüksək səviyyəyə çıxmağı hədəfləyir və bu səbəbdən o, Apple AirPods 3 qulaqlığına yeni səs-küy boğma funksiyasını əlavə edəcək. Bu heç də yeni texnologiya deyil. Lakin onun reallaşdırılması bir qədər qəlizdir. Bununla yanaşı bu cür funksiyaya sahib olacaq qulaqlıqlar daha çox enerji sərf edəcəklər. Enerji sərfiyyatının aşağı salınması probleminin şirkət tərəfindən necə həll olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər