main-post-cover

    Apple şirkəti partlayış təhlükəsi daşıyan MacBook Pro modellərini geri çağırır

    Elm & Texnologiya
    23.06.2019
    Farid Pardashunas
        Apple şirkəti bəzi MacBook Pro noutbuk modellərinin geri çağırılması və onların batareyalarının dəyişdirilməsi proqramını elan edib. Belə ki, bəzi MacBook Pro modellərinin batareyaları qıza və yanğına səbəb ola bilər. Bu səbəbdən həmin MaBook Pro modellərindən istifadə təhlükə mənbəyi daşıyır. Bu barədə Gagadget saytı xəbər verib. Söhbət, 2015-ci ilin sentyabr ayından 2017-ci ilin fevral ayına kimi istehsal olunmuş 15 düym ekranlı köhnə MacBook Pro modellərindən gedir.
        Çox güman ki, bu, bir neçə müddət bundan öncə baş vermiş hadisə ilə əlaqəlidir. Bəle ki, bir neçə müddət bundan öncə White Panda ləqəbli amerikalı DJ-in dizi üstündə onun MacBook Pro modeli birdən alışıb yanmağa başladı. O tez bir zamanda öz noutbukunu yerə atdı. Nəticədə DJ heç bir xəsarət almasa da yerdə yanmış MacBook Pro modelinin qara izi qaldı.

        Əgər siz həmin illərdə alınmış MacBook modeli işlədirsinizsə və öz noutbuk modelinizin təhlükəli olub-olmamasını yoxlamaq istəyirsinizsə bunun üçün bu linkə daxil olaraq öz MacBook Pro modelinizin seriya nömrəsini qeyd etməlisiniz. Əgər nəticədə məlum olsa ki, sizin MacBook Pro modelinizin batareyası partlayış təhlükəsini daşıyır, Apple şirkəti ondan istifadəni məsləhət görməyəcək və məsələnin həll olunması üçün şirkətin rəsmi servis mərkəzinə yaxınlaşmağınızı istəyəcək. MacBook Pro modellərinə yeni batareyaların quraşdırılması tamamilə pulsuz olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər