Reklam
Apple şirkəti Watch Series 6 və Watch SE smart saatlarını təqdim edib - QİYMƏTİ

Apple şirkəti Watch Series 6 və Watch SE smart saatlarını təqdim edib - QİYMƏTİ

Texnologiya
15.09.2020 PAYLAŞIM

    Apple şirkəti online rejimdə keçirtdiyi təqdimat zamanı Apple Watch Series 6 və Watch SE smart saat modellərini təqdim edib. Təqdim olunmuş yeni smart saat modelləri ənənəvi dizayna sahib olsalar da onlar bir sıra yeni özəlliklər əldə ediblər. Watch Series 6-nın əldə etdyi ən əsas yenilik ondan barətdir ki, o xüsusi sensora sahibdir və həmin sensor insan qanındakı oksigen miqdarını ölçə bilir. Smart saat bu prosesi 15 saniyə ərzində reallaşdırır. Maraqlısı ondadır ki, cihaz qandakı oksigen miqdarını həmçinin gecə vaxtı istifadəçi yatan zaman da ölçür. Daha sonra istifadəçi əldə edilmiş nəticəyə xüsusi tətbiqdə baxa bilər.


    Watch Series 6 modeli A13 Bionic əsasında hazırlanmış Apple S6 çipi ilə təchiz olunub. Bu çip xüsusi olaraq smart saat üçün optimizasiya edilib. Bununla yanaşı smart saat Always on Display funksiyasına sahib yeni ekran ilə təchiz olunub. Ekranın gün işığı altında parlaqlığı 20%, Always on Display rejimində isə 2.5% yüksəlib. Apple Watch Seires 6 üçün təqdim edilmiş xüsusi aksessuar Sololoop adlı kəmərdən ibarətdir. Onun əsas özəlliyi ondan ibarətdir ki, o, xüsusi dartılan materialdan hazırlanıb və istifadəçinin biləyinin formasını əldə edir.

    Əvvəlki modellərdən fərqli olaraq Apple Watch Series 6 şarj prosesini 20% daha sürətlə reallaşdırır. iPhone SE modeli kimi Apple şirkəti həmçinin Watch SE smart saat modelini də təqdim edib. Sözügedən model özündə Series 6-nın yeniliklərini birləşdirsə də daha sadələşdirilmiş versiya kimi çıxış edir. Şirkətin əvvəlki smart saat modellərində olmuş bütün funksiyalar Watch SE-də də reallaşdırılıb. Bununla belə Watch SE modeli Watch Series 3-dən 2 dəfə sürətli çalışır. Sadələşdirilmiş versiya Apple S5 çipi ilə təchiz olunub.

    Series 6 kimi Watch SE modeli daimi aktiv kompas və yüksəkliyin təyin olunması üçün xüsusi ötürücü ilə təchiz olunub. Watch Series 6 modeli 399$ qiymətində, Watch SE modeli isə 279$ qiymətində satışa çıxacaq. Smart saatlar 18 sentyabr tarixində satışa çıxacaqlar. Təqdimat zamanı Apple şirkəti bildirib ki, o, ətraf mühiti daha təmiz etmək niyyətindədir. Buna görə də yeni smart saatların komplektlərində şarj adapteri olmayacaq. Alıcılar smart saatların qutularında əlavə aksessuar kimi yalnız şarj naqilini əldə edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..

×