
'Apple' şirkəti, yeni iMac və MacBook modellərini təqdim edib
Elm & Texnologiya
05.06.2017
Emil
“Apple” şirkəti, WWDC 2017 tədbirində iMac Pro kompüterini və keçmiş monoblokların yenilənmiş versiyalarını təqdim edib.

Təbii ki, yeni iMac-lar təkcə ekran təkmilləşdirilməsindən
başqa həmçinin 7-ci nəsil Intel Kaby Lake prosessorları ilə də təchiz olunub.
Bu prosessorlar isə öz növbəsində istifadəçilərə yüksək texniki performans təqdim
edəcəklər. Bundan əlavə olaraq 21.5 inç ekrana sahib versiya, 32 GB RAM, 27 inç
ekrana sahib versiya isə 64 GB RAM-a sahibdir. 27 inç-lik iMac versiyasına gəldikdə,
ona Fusion Drive texnologiyası tətbiq olunub. Bu texnologiya, HDD ilə SDD-nin
birləşməsinə imkan verir. Bundan əlavə olaraq həmin modelə 3 ədəd Thunderbolt 3
girişi əlavə olunub. iMac-in hər bir konfiqurasiyası qrafik cəhətdən böyük
addımlar edib. Məsələn 21.5 inç-lik versiya, Intel Iris Plus Graphics 640
videokartı ilə təchiz olunub. Bu isə keçmiş modeldən 80% daha sürətlidir.

Adi iMac versiyasından əlavə olaraq “Apple” şirkəti, 21.5
inç-lik Retina 4K ekranlı iMac-ı da təqdim edib. Bu versiya iMac, 4 GB-lıq
Radeon Pro 555/560 videokartı ilə təchiz olunub. 27 inç-lik iMac Retina 5K
versiyası isə 8 GB-lıq Radeon 570/575/580 videokartı ilə təchiz olunub. Şirkət
qeyd edib ki, yüksək performanslı modellər əsasən professional istifadəçilər
üçün nəzərdə tutulub. O istifadəçilər hansılar ki, məsələn VR kontent yaratmaq
ilə məşğul olurlar. Ən əsas modeli isə şirkət bir qədər axıra saxladı. Söhbət
iMac Pro modelindən gedir. Bu model iMac seriyasında olan ən güclü versiyadır.
iMac Pro modelini təqdim edərkən şirkət bildirib ki, bu modeldə soyutma sistemi
tamamilə təkmilləşdirilib. Bunun sayəsində iMac Pro, istifadəçini inanılmaz dərəcədə
yüksək texniki performans ilə sevindirəcək. iMac Pro, 8/10/18 nüvəli Xeon
prosessoru, 18 GB videoyaddaş, 128 GB ECC yaddaş və 3 ədəd Thunderbolt 3 girişi
ilə təchiz olunacaq. 21.5 inç-lik iMac, 1099$-a, 21.5 inç-lik Retina 4K ekrana sahib iMac, 1299$-a, 27 inç-lik Retina 5K
ekrana sahib iMac isə 1799$-a satılacaq.
Bununla yanaşı 5K ekranlı və 8 nüvəli prosessorlu iMac Pro modeli, 4499$-a başa
gələcək. iMac Pro modeli bu ilin Dekabr ayında satışa çıxacaq.

Yenilənmiş iMac modellərindən başqa “Apple” şirkəti həmçinin
yeni MacBook və MacBook Pro modellərini də təqdim edib. Sözügedən modellərin
yeni versiyaları daha əvvəl də söz verildiyi kimi 7-ci nəsil Intel Core Kaby
Lake prosessorlarına sahibdirlıər. Bunun sayəsində yeni cihazlar 50% daha sürətli
çalışırlar. 15 inç-lik MacBook Pro modeli isə indi daha yüksək keyfiyyətli
qrafikaya sahibdir. Adi MacBook, 1299$-a, 13 inç-lik MacBook Pro, 1499$-a, Touch Bar-a sahib 13 inç-lik
MacBook Pro, 1799$-a, Touch
Bar-a sahib 15 inç-lik MacBook Pro isə 2399$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
