main-post-cover

    Apple şirkəti yenilənmiş MacBook Air (2020) noutbuk modelini təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    19.03.2020
    Farid Pardashunas
        Dünən Apple şirkəti MacBook Air noutbuk modelinin yenilənmiş versiyasını təqdim etdi. Yenilənmiş MacBook Air (2020) modeli MacBook Pro 16 modelindəki kimi təkmilləşdirilmiş klaviatura mexanizmini, yeni texniki göstəricilər və yüksəldilmiş daxili yaddaş həcmini əldə edib. Xarici görünüşcə MacBook Air (2020) modeli əvvəlki MacBook Air modellərindən heç də fərqlənmir. Əsas dəyişikliklər texniki özəllikləri əhatə edir. Beləliklə yeni MacBook Air (2020)-nin əsas platforması qismində Apple şirkəti Intel-in 10-cu nəsil prosessorlarını seçib.
        Bu baxımdan istifadəçilər 3 MacBook Air (2020) modelindən birini seçə bilərlər: 2 nüvəli Intel Core i3, 4 nüvəli Intel Core i5 və 4 nüvəli Intel Core i7. Əvvəlki modellərdən fərqli olaraq yenilənmiş MacBook Air-də minimal daxili yaddaş həcmi 256 GB SSD təşkil edir. Lakin bundan əlavə olaraq istifadəçiləri gözləyən ən böyük yenilik isə ondan ibarətdir ki, yeni MacBook Air modeli tamamilə yeni klaviatura mexanizminə sahibdir. Beləliklə onun klaviatura mexanizmi 16 düym ekrana sahib MacBook Pro-nun klaviatura mexanizmi ilə eynidir.
        Bununla yanaşı MacBook Air (2020)-də yeni səsgücləndirici sistem də quraşdırılıb. Şirkətin verdiyi məlumata əsasən MacBook Air (2020)-dəki səsgücləndiricilər əvvəlki modellərdə olan səsgücləndiricilərdən 25% daha keyfiyyətli və yüksək səs effektlərini təqdim edir. Noutbuk artıq satışdadır. Intel Core i3 prosessorlu modelin qiyməti 999$, Intel Core i5 prosessorlu modelin qiyməti isə 1299$ təşkil edir. Intel Core i7 prosessorlu modelin qiyməti barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər