Apple şirkətinin iPhone 12 ilə bağlı qərarı istifadəçiləri qəzəbləndirə bilər: Bu aksessuar olmayacaq

Apple şirkətinin iPhone 12 ilə bağlı qərarı istifadəçiləri qəzəbləndirə bilər: Bu aksessuar olmayacaq

Texnologiya
21.05.2020 PAYLAŞIM

    Müasir Android smartfonların komplektlərində sürətli şarj texnologiyasının olduğu bir vaxtda iPhone 11 alıcıları yalnız 5 vatt gücündə şarj naqili əldə edirlər. Daha bahalı olan iPhone 11 ProPro Max modellərində isə istifadəçilər 18 vatt-lıq şarj naqili əldə edirlər. Lakin bu da müasir Android smartfonların komplektləri ilə müqayisə oluna bilməz.

    Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən Apple şirkəti bu ilki iPhone modellərinin komplektlərini daha da sadələşdirə bilər. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə analitikin verdiyi məlumata əsasən bu il təqdim olunacaq iPhone 12 modellərinin komplektlərindən naqilli EarPods qulaqlıqları yığışdırılacaq. Qeyd etmək lazımdır ki, digər smartfon istehsalçıları artıq çoxdan bəri öz smartfonların komplektlərinə qulaqlıqlar yerləşdirmirlər.


    Apple şirkətinin bu cür qərar verməsinin səbəbi çox sadədir. Şirkət sadəcə olaraq daha çox pul qazanmaq istəyir. Beləliklə bu ilki iPhone alıcıları musiqiyə qulaq asmaq üçün qulaqlıqları ayrıca almalı olacaqlar. Ming-Chi Kuo əmindir ki, bu sür qərar öz növbəsində AirPods AirPods Pro satışlarını yüksəldəcək. Bununla yanaşı analitikin proqnozlarına əsasən bu il AirPods-ların satışları 80 milyondan 93 milyona yüksələcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×