
Apple smart ekran funksioanllığına sahib yeni monitor üzərində çalışır
Elm & Texnologiya
05.07.2023
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti gözləmə rejimi zamanı smart evin idarəetmə cihazı rolunda çıxış edə biləcək yeni monitor üzərində çalışır. İnsayder həmçinin bu cür monitorun bəzi texniki imkanları barəsində də məlumat verib. Beləliklə Gurman-ın sözlərinə əsasən smart monitor Apple şirkətinin iOS vasitəsilə çalışan cihazlarından birinin sahib olduğu prosessor ilə təchiz olunacaq.
Qeyd etmək lazımdır ki, şirkət daha öncə Apple A13 Bionic prosessoru vasitəsilə çalışan Studio Display monitorunu satışa çıxartmışdı. Yəni bu cür praktika şirkət üçün yeni bir praktika deyil. İnsayder bildirib ki., hazırlanan monitorun daha bir fərqləndirici özəlliyi gözləmə rejimində smart ekran kimi çalışması olacaq. Yeni monitorda gözləmə rejiminin necə görünəcəyi barəsində məlumat yoxdur. İnsayderin məlumatına əsasən sözügedən yeni monitor 2024-cü ildən tez təqdim olunmayacaq.
Paylaş
Bənzər xəbərlər