
Apple smart saatlar üçün rəngini dəyişə biləcək kəmər aksesuarını patentləşdirib
Elm & Texnologiya
22.02.2023
Emil
Apple şirkətinin yeni patenti smart saatlar üçün nəzərdə tutulmuş qeyri-adi kəmər konstruksiyasını əks etdirir. Şirkətin smart saatları üçün nəzərdə tutulmuş ənənəvi kəmərlərdən fərqli olaraq patentdəki kəmər öz rəngini dəyişmək və hətta köməkçi ekran rolunda çalışmaq özəlliyinə sahibdir. Patent sənədlərinə əsasən yeni növ kəmərin əsas özəlliklərindən biri də rəngini dəyişə bilməsi olacaq. Bu, elektroxrom özəlliklərə sahib xüsusi materialdan hazırlanmış iplərin sayəsində reallaşdırıla bilər.
Bu halda lazımi rəng seçimini istifadəçi birbaşa smart saatda reallaşdıra biləcək. Apple bu cür yeniliyi həmçinin bildirişlər sistemində də istifadə edə bilər. Məsələn bildirişin daxil olduğu zaman aksesuar öz rəngini dəyişərək bu barədə istifadəçini məlumatlandıra bilər. Əlavə olaraq aksesuar elektroxrom örtüyü köməkçi ekran kimi istifadə edərək mesajları əks etdirə bilər. Bu halda mesajlar hərəkətli sətr formatında əks olunacaqlar. Apple şirkətinin nəticədə öz smart saatları üçün bu cür kəməri istehsal edib-etməyəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər