Apple tamamilə pilotsuz elektromobili 2025-ci ildə satışa çıxartmağı planlaşdırır

Apple tamamilə pilotsuz elektromobili 2025-ci ildə satışa çıxartmağı planlaşdırır

Texnologiya
19.11.2021 PAYLAŞIM

    Apple şirkətinin planları ilə yaxından əlaqəli olan şəxslərin sözlərinə əsasən şirkət öz elektromobilinin yaradılması prosesini sürətləndirməyə nail olmaq istəyir. Bundan əlavə olaraq yeni məlumata əsasən Apple elektromobili tamamilə pilotsuz etmək niyyətindədir. Son bir neçə il ərzində şirkət Project Titan adlı layihə çərçivəsində həm tam avtopilot sistemli elektromobillərin, həm də məhdud imkanlara sahib avtopilot sistemli elektromobillərin istehsalını nəzərdən keçirdib. Məlumata əsasən isə indi Apple mühəndisləri öz diqqətlərini tam avtopilot sistemli elektromobilə yönləndiriblər. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, mühəndislər Kevin Lynch-in rəhbərliyi altında çalışırlar. Bu şəxs daha öncə Apple Watch üçün proqram təminatının yaradılması şöbəsinə rəhbərlik edib. Anonim şəxslərin sözlərinə əsasən məhz Kevin Lynch tam avtopilot sistemli elektromobilin yaradılmasında israr edib. Bu, Apple şirkətinin avtomobil şöbəsində baş vermiş son dəyişiklikdir. Apple şirkətinin planları çox iddialıdır.

Belə ki, Tesla da daxil olmaqla elektromobil bazarının digər liderləri tam avtopilot sistemli elektromobilin bazarda satışa çıxarılmasından hələ çox uzaqdırlar.

    Apple isə bu cür elektromobili 4 ildən sonra satışa çıxartmağı planlaşdırır. Halbu ki, bu ilin əvvəlində güman edilirdi ki, bunun üçün minimum 7 il vaxt lazım olacaq. Təbii ki, təyin edilmiş müddətdə dəyişikliklər ola bilər. Belə ki, yekun məhsulun satışa çıxarılması Apple şirkətinin 2025-ci ilə kimi avtonom idarəetmə sistemi üzərində işləri bitirib-bitirməyəcəyindən asılıdır. Məlumata əsasən şirkət öz elektromobilini sükansız və pedallarsız təsəvvür edir. Şirkət elektromobilin salonunun mərkəz hissəsində böyük ölçülü sensorlu ekranın yerləşdirilməsini nəzərdən keçirdir. İstifadəçi öz növbəsində səyahət zamanı həmin ekranla qarşılıqlı əlaqədə ola biləcək. Elektromobil həmçinin Apple şirkətinin digər məhsulları ilə sıx inteqrasiya ediləcək. Bu layihə ilə əlaqəli olan şəxslər qeyd ediblər ki, şirkət avtonom idarəetmənin baza sisteminin yaradılmasında vacib mərhələyə çatıb. Bu sistem üçün nəzərdə tutulmuş prosessor iPhone, iPadMac üçün prosessorları yaradan şəxslər tərəfindən hazırlanıb.


Yaxın gələcəkdə Apple sözügedən texnologiyanın testlərinə start verə bilər. Şirkət yeni prosessorun və avtonom idarəetmə üçün nəzərdə tutulmuş müxtəlif sensorların testlərini təkmilləşdirilmiş avtomobillərdə reallaşdırmağı planlaşdırır.

    Məlumatda qeyd edilib ki, yeni prosessor Apple tərəfindən hazırlanmış ən təkmilləşdirilmiş məhsullardan biridir. Belə ki, yaradılmış çip əsasən machine learning süni zəka tapşırıqlarının emal olunmalarından cavabdeh olan neyron prosessorlardan ibarətdir. Güman olunur ki, sözügedən prosessorun çalışması üçün yüksək sayda resurs və güclü soyutma sistemi tələb olunacaq. Apple öz gələcək nəqliyyat növünün təhlükəsizlik məsələsinə xüsusi diqqət ayırır. Təhlükəsizlik sistemlərində və elektromobilin idarəsində nasazlıqların yaranmaması üçün şirkət çoxsəviyyəli ehtiyat kopyalama sistemini yaradır. Apple həmçinin insanın avtonom nəqliyyat növü ilə qarşılıqlı əlaqədə olamsı üçün nəzərdə tutulmuş funksiyaların yaradılması istiqamətində mühəndis proqramçıları işə cəlb edir.

    Məlumatda qeyd edilib ki, elektromobil üçün olacaq proqram təminatı Apple şirkətinin mobil əməliyyat sistemlərinə oxşar olacaq. Bundan əlavə olaraq məlumdur ki, Apple öz elektromobillərinin CCS standartlı şarj sistemi ilə uyğunlaşmalarını da müzakirə edib. Bunun sayəsində Apple elektromobilləri şarj cihazlarının geniş qlobal şəbəkəsinə qoşula bilərlər. Apple həmçinin öz elektromobilləri üçün bəzi biznes modelləri də müzakirə edib. Onların arasında Uber, Lyft Waymo kimi servislərlə rəqabət apara biləcək avtomobil parkının yaradılması da var. Lakin çox güman ki, şirkət öz elektromobillərini fiziki şəxslərə satacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×