Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Elm & Texnologiya
12.03.2024
Farid Pardashunas
Bir neçə il əvvəl Microsoft-un virtual reallıq başlığı olan HoloLens 2-nin əməliyyatlarda istifadə edilməsi sosial mediada gündəmə səbəb olmuşdu. Cərrahiyyə köməkçisi Suvi Verho, bu dəfə HoloLens 2-ni Apple Vision Pro ilə əvəz edərək bir xəstə üzərində əməliyyat həyata keçirməyi bacarıb.
Daily Mail xəbər verir ki , Cromwell xəstəxanasında xəstənin onurğa sütununu bərpa etmək üçün son əməliyyat zamanı cərrahla birlikdə işləyən tibb bacısı Vision Pro-dan hazırlıq görmək, prosedura əməl etmək və düzgün alətləri seçmək üçün istifadə edib. Məlumatlara görə, Vision Pro-da işləyən proqram HoloLens üçün oxşar proqram təminatı hazırlamış eXeX şirkətinin imzasını daşıyır. Bu proqram əməliyyatın hər bir mərhələsini izləyə və eyni zamanda digər cərrahlar tərəfindən həyata keçirilən əvvəlki əməliyyatlarla müqayisədə necə getdiyini ölçə bilər.
Vision Pro istifadə edən cərrah köməkçisi Suvi Verho, müsahibə zamanı "Başlıqdan istifadə etmək insan səhvi ilə ehtimalları aradan qaldırır və əməliyyata inam verir" sözlərini deyib. Əməliyyatı reallaşdıran Dr. Seyid Aftab isə məhsulun səmərəliliyinin artırılması və məlumat ötürülməsinin potensialı barədə “Əməliyyat zamanı tibb bacıları tez-tez tanımadığı avadanlıqlarla işləməli olurlar. Apple Vision başlıqlarından istifadə etdikdən sonra onlar bəzi təcrübələri öyrənə və işləmə müddətini azalda bilərlər." sözlərini qeyd edib.
Apple, Vision Pro-da mövcud olan bəzi sağlamlıq proqramlarını qeyd edərək bu virtual eynəyin daha çox xüsusiyyətlərə malik olduğunu bildirir. Belə ki, visionOS-da myMako tətbiqinə istinad edən Apple, protezlərin üçölçülü vizuallaşdırılmasının da mümkün olduğunu vurğulayıb. Digər bir nümunədə, Boston Uşaq Xəstəxanası, səhiyyə işçilərinin işə qəbul və təlim zamanı üzləşdiyi bəzi çətinlikləri asanlaşdırmaq üçün təhlükəsiz, universal olaraq əlçatan olan bir virtual mühitdə immersiv öyrənmə təcrübəsini inkişaf etdirib. Apple Vision Pro üçün yaradılmış olan CyranoHealth, tibbi infuziya nasosları kimi yeni tibbi avadanlıqlarının istifadəsi üçün müxtəlif növ təlimlər təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub
Apple Vision Pro-ya tələbat düşünüldüyündən daha yüksək olub
Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple Vision Pro qarışıq reallıq cihazına tələbat Apple şirkətinin düşündüyündən daha yüksək olub.
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
Bu ayın əvvəlində ABŞ-da Apple Vision Pro-nun satışlarına start verildi. İndi isə sözügedən qarışıq reallıq cihazının komponentlərinin hansı qiymətə başa gəldikləri barəsində məlumat verilib.
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Apple Vision Pro-nun qoruyucu şüşəsi üzərində çatlar əmələ gəlməyə başlayıb
Bəzi Apple Vision Pro istifadəçiləri bu qarışıq reallıq cihazının qoruyucu şüşəsi üzərində yaranmış çatlardan şikayətləniblər.
Apple Vision Pro 2 artıq hazırlanır
Apple Vision Pro 2 artıq hazırlanır
Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti bu ayın əvvəlində Vision Pro-nu satışa çıxartmasına baxmayaraq o, Vision Pro 2 üzərində artıq çalışmağa başlayıb.
TikTok-un Apple Vision Pro üçün tətbiqi istifadəyə verilib
TikTok-un Apple Vision Pro üçün tətbiqi istifadəyə verilib
ByteDance şirkəti TikTok-un Apple Vision Pro üçün nəzərdə tutulmuş xüsusi versiyasını anons edib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!