Logo
    main-post-cover

    Apple Vision Pro investorlarda AR/VR sahəyə yenidən maraq oyadıb

        Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etməsi ilə investorlar AR/VR sahəyə yenidən diqqət ayırmağa başlayıblar. Vision Pro təqdim olunmamışdan öncə isə bu sahəyə maraq çox az idi. AR/VR sahəsində fəaliyyət göstərən startaplar uzun müddət ərzində lazımi səviyyədə maliyyələşdirmənin olmamasından əziyyət çəkirdilər. Belə ki, investorlar süni zəka sahəsində fəaliyyət göstərən startapları dəstəkləməyi üstün tuturdular. Lakin Vision Pro-nun təqdim edilməsi ilə bu vəziyyət bir qədər dəyişib.
        Apple əmindir ki, vaxtı ikən iPhone-nun mobil cihazlar bazarına göstərmiş olduğu təsiri eynilə Vision Pro AR/VR bazarına göstərəcək. Bu cür arqument isə investorları AR/VR sahəsində çalışmağa başlayan bəzi startapları dətəkləməyə məcbur etdi. İyun ayına olan statistikaya əsasən ABŞ-da bu cür startaplar ümumilikdə 208 milyon dollar investisiya əldə ediblər. Bu isə iyundan öncəki 3 ay ərzində ümumilikdə əldə edilmiş investisiya həcminə bərabərdir. Lakin bu sahədə investisiyalar hələ də azdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində ABŞ-ın süni zəka sahəsində fəaliyyət göstərən şirkətlərinə ümumilikdə 31 milyard dollar investisiya yatırılıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple Vision Pro investorlarda AR/VR sahəyə yenidən maraq oyadıb | Technote